Dövlət İdarəçilik Akademiyasında Qarabağ Araşdırmalar Mərkəzi açılmışdır

 

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasında (DİA) bu ali məktəbin və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin  birgə layihəsi olan Qarabağ Araşdırmalar Mərkəzinin açılış mərasimi keçirilmişdir.   

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyindən bildirmişlər ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, elmi ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.

Mərasimdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin əlaqələndirmə şurasının sədri Orxan Əkbərov mərkəzin yaranması ideyasından və  bu qurumun vəzifələrindən danışmışdır. 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov, DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, akademik Vaqif Fərzəliyev və bu qurumun analitik-informasiya mərkəzinin müdiri, DİA-nın dosenti Elçin Əhmədov yeni mərkəzin əhəmiyyətini qeyd etmiş, onun yaradılması təşəbbüsünü yüksək dəyərləndirmiş, fəaliyyətinə uğurlar arzulamışlar.

Vurğulanmışdır ki, Qarabağ Araşdırmalar Mərkəzi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun və obyektiv şəkildə çatdırılmasında, eləcə də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixini, mədəniyyətini araşdıran  alimlər və mütəxəssislər üçün elmi mərkəz kimi çox mühüm rol oynayacaqdır.

Yerli və beynəlxalq ekspertlərin tədqiqat aparmaları üçün əlverişli şəraitin yaradılması, gələcəkdə digər ölkələrin elmi mərkəzləri ilə birgə beynəlxalq layihələrin həyata keçirilməsi mərkəzin qarşısında duran əsas məqsədlərdəndir. Burada Qarabağla bağlı bütün məlumatları özündə ehtiva edən elektron kitabxana yaradılmış, elektron materiallar üzərində işi asanlaşdırmaq üçün elektron kataloq tərtib edilmişdir.  

Layihənin həyata keçirilməsində göstərdiyi texniki dəstəyə görə “Simbrella” şirkətinə minnətdarlıq ifadə olunmuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında