Nazir müavini: “Neqativ hallarla bağlı Təhsil Nazirliyinə daxil olan bütün müraciətlər araşdırılacaq və qısa zamanda həll ediləcək”

 

Təhsil Nazirliyi Azərbaycanın ümumtəhsil məktəblərində bəzi müəllimlərin vaxtında dərslərdə iştirak etməməsi və bunun hansısa vəzifəli şəxslər tərəfindən himayə edilməsi barədə məlumatlara münasibət bildirmişdir.

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov 7-ci Beynəlxalq “Təhsil və Karyera” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı təhsil sahəsində bir çox istiqamətlərdə neqativ halların heç kəsə sirr olmadığını vurğulamışdır. O, hazırda da bəzən belə halların mövcud olduğunu diqqətə çatdırmışdır: “Təhsil Nazirliyinin bu cür halları yaxın 2-3 ay ərzində aradan qaldıra biləcəyini söyləmək sadəlövhlükdür. Təhsil naziri dəfələrlə mövqeyini bildirmişdir ki, təhsil sektorunda bütün neqativ hallara qarşı qətiyyətlə mübarizə aparılacaq və bu prosesə artıq start verilmişdir. Təhsil müəssisələrində müəllimlərin işə gəlməməsi və yaxud digər neqativ hallarla bağlı kimlərdəsə məlumat olduğu halda bu barədə Təhsil Nazirliyinə məlumat vermələrini xahiş edirik. Neqativ hallar barədə media nümayəndələri də nazirliyə müraciət edə bilərlər. Söz veririk ki, bütün neqativ hallarla bağlı Təhsil Nazirliyinə daxil olan faktlar araşdırılacaq və qısa zamanda həll ediləcək. Mən bir məqamı da deyə bilərəm ki, artıq may ayından etibarən əsaslı müraciətlərlə bağlı Təhsil Nazirliyi tərəfindən bir neçə qərar qəbul olunmuş, adlarını açıqlamaq istəmədiyim məktəblərdə müəllim və məktəb direktorları işdən azad edilmişlər”.

 Ceyhun Bayramov Təhsil Nazirliyinə daxil olan anonim xarakterli müraciətlərin araşdırılmasının mümkün olmadığını bildirmişdir. O qeyd etmişdir ki, bəzən daxil olan müraciətlər qeyri-dəqiq olduğundan hər hansı bir qərar verməyə əsas tapmaq olmur: “Hazırda Azərbaycanın təhsil sisteminin əhatə dairəsi tələbə, müəllim, şagirdlər və digər işçilərlə birlikdə 1,6 milyon nəfərə yaxındır. Təhsil Nazirliyinin Mərkəzi Aparatının işçilərinin sayı isə cəmi 147 nəfərdir. Ona görə də neqativ halların aradan qaldırılmasında vətəndaşlar bizə kömək etməlidirlər. Bəzi hallarda müraciət edənlə qarşı tərəf arasında sövdələşmə aparılır. Bizim əsas işimiz ondan ibarətdir ki, neqativ halların baş verməsinə yol verməyək”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında