Mikayıl Cabbarov: "Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatına yüksək hazırlıq səviyyəsinə malik müasir peşəkarlar lazımdır"

Bu gün 18 nömrəli Bakı Peşə Liseyində “Dülgər, xarrat-parket ustası” ixtisası üzrə “BOSCH” Resurs Mərkəzinin açılış mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirmişdir ki, Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatına yüksək hazırlıq səviyyəsinə malik müasir peşəkarlar lazımdır. Ölkənin potensialının və inkişaf tempinin çox yüksək olduğunu söyləyən nazir Azərbaycanda müxtəlif ixtisaslar üzrə müasir dövrün tələblərinə cavab verən peşəkarların hazırlanmalı olduğunu qeyd etmişdir.

Peşə təhsilinin inkişafının ölkəmiz üçün mühüm əhəmiyyətindən söhbət açan təhsil naziri vurğrulayıb ki, bu istiqamətdə “Müasir Azərbaycan peşəkarı şüarı” adı altında layihələr keçirilir. Azərbaycan iqtisadiyyatının artmasını nəzərə alaraq müxtəlif sahələrdə yüksək səviyyəli peşəkarlara ehtiyac var. Bütün bu faktorlar peşə təhsilinin inkişafına öz təsirini göstərəcək və növbəti illərdə biz peşə təhsili məktəblərinə ildən-ilə marağın artmasının şahidi olacağıq. Bütün bunlara baxmayaraq bu il də peşə təhsili müəssisələrinə qəbul tam normal şəkildə həyata keçirilir və bu sahədə problem yaşanmır.

Dünyanın inkişaf etmiş ölkələrinin əsas üstünlüyünün məhz bilikdən, peşəkar kadr məsələlərinə yetirilən diqqətdən qaynaqlandığını nəzərə çatdıran təhsil naziri insan kapitalının elm kapitalına çevrilməsinin zəruriliyi barədə fikirlərini bildirmişdir. Nazir məhz bu məqsədlərə nail olmaq üçün ölkə başçısı cənab İlham Əliyevin hər zaman təhsilin inkişafına, həm maddi-texniki bazanın gücləndirilməsinə, həm də təhsilin məzmununda müasirliyin, yeniliyin tətbiq olunmasına diqqət göstərdiyini nəzərə çatdırmışdır.

Qeyd edək ki, ilk peşə-ixtisas təhsili sahəsində Azərbaycanla əməkdaşlıq edən bütün qurumlara təşəkkürünü bildirən nazir onu da qeyd etmişdir ki, ölkəmizdə peşəkar kadrların hazırlanması istiqamətində həm ölkə, həm də xarici şirkətlərlə səmərəli əlaqələr yaradılmışdır.

Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və “BOSCH” şirkətinin MDB və Gürcüstan üzrə regional direktoru Cordan Kostaf iştirak etmişlər.

 

İbrahim Nizamioğlu, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında