Təhsil naziri Mikayıl Cabbarov Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin “Mərkəzi-Şərqi Avropa ölkələrində təhsilin mövcud vəziyyəti” mövzusunda “Dəyirmi masa”nın açılış mərasimində iştirak etmişdir

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar

İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçılarını salamlayan təhsil naziri ölkəmizin sürətli inkişafının davamlılığının təmin edilməsində insan kapitalının rolundan danışmışdır. Təhsil naziri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü “qara qızılın insan kapitalına çevrilməsi” fikrinin fəaliyyət proqramı kimi qəbul edildiyini vurğulamışdır.

Təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislər hazırlamaq imkanlarının ölkənin rəqabətliliyinə birbaşa təsir etdiyini bildirən nazir bunun milli təhlükəsizlik məsələsi kimi qəbul edilməli olduğunu söyləmişdir. O, qeyd etmişdir ki, təhsil sistemi mütəxəssisləri mövcud imkanlar səviyyəsində deyil, tələb olunan səviyyədə hazırlanmalıdır.

Daha sonra nazir təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması, bütün təhsil pillələri üzrə adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi, təhsildə idarəetmənin təkmilləşdirilməsi, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinin yaradılması, təhsil müəssisələrinin müstəqilliyinin artırılması, təhsil sahəsində müasir qiymətləndirmə sisteminin yaradılması məsələlərindən söhbət açmışdır. Peşə təhsilinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsinin zəruriliyinə toxunan təhsil naziri müəllim hazırlığının keyfiyyətinin artırılmasının, nəticəyə əsaslanan diferensial əmək haqqı və mükafatlandırma sisteminin tətbiqinin nəzərdə tutulduğunu bildirmişdir.

Azərbaycanda həyata keçirilən təhsil islahatlarının gedişi barədə qonaqlara məlumat verən nazir dünyanın istənilən ölkəsində təhsilin ən həssas və əhəmiyyətli sahələrdən biri olduğunu nəzərə çatdırmışdır. O, bütün dünyada təhsil sahəsi üzrə qarşıya çıxan problemlərin əksər hallarda oxşarlığını nəzərə alaraq, “Dəyirmi masa” iştirakçılarını yalnız problemləri deyil, həmçinin, onların mümkün həlli yollarını da müzakirə etməyə, müvafiq təklif və tövsiyələrini bir-biri ilə paylaşmağa çağırmışdır.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında