Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Nizami rayonundakı 172 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışında iştirak etmişdir

 

 

 

Sentyabrın 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar  Nizami rayonundakı 172 nömrəli  körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışında iştirak etmişlər.

Mehriban xanım Əliyevaya, Leyla xanıma və Arzu xanıma gül dəstələri təqdim edildi.

Birinci xanım Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Heydər Əliyev Fondunun prezidenti məktəbəqədər təhsil müəssisəsinin yenidənqurma işlərindən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Mehriban xanım Əliyevaya bağçada aparılan əsaslı yenidənqurma işləri barədə məlumat verdi. Bildirildi ki, bu məktəbəqədər təhsil müəssisəsi 1971-ci ildən fəaliyyət göstərir və bağçanın əsaslı təmirinə ehtiyac yaranmışdı. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq burada yenidənqurma işlərinə 2012-ci ilin iyul ayında başlanmışdır. Yenidənqurma işləri nəticəsində bu məktəbəqədər təhsil müəssisəndə uşaqlar üçün yüksək şərait yaradılmışdır.

Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, burada 2 yaşdan 6 yaşadək olan  240 uşağın təlim-tərbiyəsi ilə 31 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaqdır. Üç korpusdan ibarət bağçada on iki qrup fəaliyyət göstərəcəkdir. Uşaqların zövqünə uyğun qurulan otaqlar onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün oyuncaqlar, kitablar və digər zəruri ləvazimatlarla təchiz olunmuşdur. Bağçanın ətrafı abadlaşdırılmış, yaşıllıqlar salınmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında