Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycanın son 10 ildəki dinamik inkişafından bəhs edən konfrans keçirilmişdir

 

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ) Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə “Azərbaycanın 10 il dinamik inkişafı” mövzusunda konfrans keçirilmişdir.

Konfransı institutun məzunu, RAGB-ın əlaqələndiricisi Natiq Əliyev açaraq Azərbaycanın son 10 ildə əldə etdiyi nailiyyətlərdən danışmışdır.

MDBƏİ-nin Postsovet Tədqiqatı Mərkəzinin direktoru, tarix elmləri doktoru Stanislav Çernyavski müəllifi olduğu “Azərbaycan: 10 il (2003-2013)” adlı kitabını təqdim edərək demişdir: “Azərbaycan öyrənilmək üçün hər zaman maraqlı ölkədir. Bu ölkə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dəyişməyə başladı. Müasir mərhələdə isə biz bütün sahələrdə uğurlu inkişafın şahidi oluruq. Azərbaycanın inkişafının və çiçəklənməsinin sirri dövlət başçısı İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi sistemli siyasətdir”.

Daha sonra konfransda Moskva və Rusiyanın digər regionlarından olan azərbaycanlı gənclər çıxış edərək doğma Vətənin uğurlarından və dinamik inkişafından qürur duyduqlarını dilə gətirmişlər.

 Tədbirin sonunda Azərbaycanın son dövrlərdəki yüksəlişini əks etdirən videoçarx nümayiş olunmuşdur.

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında