Üçüncü Bakı Beynəlxalq kitab-sərgi yarmarkası uğurla başa çatmışdır

 

Sentyabrın 25-də Azərbaycanın paytaxtında III Bakı Beynəlxalq kitab-sərgi yarmarkası uğurla başa çatmışdır.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kitab bayramının bağlanış mərasimində  Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, şair Çingiz Əlioğlu, bu qurumun nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli  çıxış edərək 3 gün davam etmiş  sərgi-yarmarkanın işini yüksək qiymətləndirmiş, bu cür tədbirlərin kitabsevərlər tərəfindən  maraqla qarğılandığını bildirmişlər.

Diqqətə çatdırılmışdır ki, sərgidə  həm yerli, həm də xarici çap, poliqrafiya müəssisələri, nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak etmişlər.

 Qeyd edilmişdir ki, sərgi-yarmarka çərçivəsində bir sıra tədbirlər, kitab təqdimatları, müəlliflərlə görüşlər keçirilmiş, oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olmuşlar.

Çıxış edənlər son vaxtlar ölkəmizdə kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü diqqətə çatdırmış, III Bakı Beynəlxalq kitab-sərgi yarmarkasının yüksək səviyyədə təşkil edilməsinə görə minnətdarlıqlarını bildirmişlər.

Bağlanış mərasimində Rusiya  Federasiyasının Federal Mətbuat və Kütləvi Kommunikasiyalar Agentliyinin nümayəndəsi Yuri Pulya çıxış edərək sərgi-yarmarkanın işini yüksək qiymətləndirmiş,  azərbaycanlı həmkarları ilə əməkdaşlıq əlaqələrinin inkişaf səviyyəsindən məmnunluğunu bildirmişdir.

Mərasimdə III  Bakı Beynəlxalq kitab-sərgi yarmarkasında fəal iştirakına görə iştirakçılara diplomlar təqdim edilmişdir.

Mükafat alanlar sırasında Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) də vardır.

Bağlanış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun “Qarabağ: Folklor da bir tarixdir” çoxcildli folklor toplusu “Ən yaxşı kitab” və Avrasiya Yazarlar Birliyinin nəzdində fəaliyyət göstərən “Bəngü” nəşriyyatı isə “Ən yaxşı nəşriyyat” nominasiyaları üzrə qalib elan edilmişlər.

Tədbirdə, həmçinin Belarusun paytaxtı Minskdə keçirilmiş Beynəlxalq kitab sənəti müsabiqəsinin qalibi olmuş iştirakçılara da diplomlar təqdim edilmişdir.

AzərTAc

add�D�i(2� ?� “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

 

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 sentyabr 2013-cü il tarixli 05 saylı müraciəti təmin edilərək aidiyyəti üzrə araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı Metropoliteninə göndərilsin.

2. Araşdırmanın nəticəsi barədə şikayətçiyə məlumat verilməsi təmin edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr     Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında