Azərbaycan Milli Kitabxanasında Boris Yeltsin adına Sankt-Peterburq Prezident Kitabxanası və Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanası ilə əməkdaşlıq haqqında memorandumlar imzalanmışdır

 

Azərbaycan xalqının ümummilli lideri Heydər

Əliyevin 90 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş III

Beynəlxalq Kitab sərgi-yarmarkası çərçivəsində sentyabrın 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Boris Yeltsin adına Sankt-

Peterburq Prezident Kitabxanası və Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanası ilə əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

AzərTAc xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov son illərdə kitabxananın fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülmüş işlər haqqında qısaca məlumat verərək bildirmişdir ki, bu il Milli Kitabxananın 90 illik yubileyi qeyd edilir.

K.Tahirov Milli Kitabxananın ehtiyaclarına göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirmişdir. O qeyd etmişdir ki, Azərbaycan dünyada ən çox mütaliə edən ölkələrdən biridir. Burada çoxsaylı kitablar nəşr edilir, sərgilər və konfranslar keçirilir. Əməkdaşlıq haqqında memorandumların imzalanması təcrübə mübadiləsinə və elektron kataloqlar mübadiləsinə şərait yaradacaqdır.

Rusiya Dövlət Kitabxanasının direktoru Aleksandr Vislov və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli tədbir iştirakçılarını salamlamışlar. Sonra əməkdaşlıq haqqında memorandumlar imzalanmışdır.

Boris Yeltsin adına Sankt-Peterburq Prezident Kitabxanası ilə Əməkdaşlıq haqqında Memorandumu kitabxananın direktoru Aleksandr Verşinin və M.F.Axundzadə adına  Azərbaycan Milli Kitabxanası adından kitabxananın direktoru Kərim Tahirov imzalamışlar.

Qazaxıstan Respublikası Milli Akademik Kitabxanası ilə Əməkdaşlıq haqqında Memorandumu baş direktorun müavini Janna Şaymuxambetova və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov imzalamışlar.

Sonra M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Nadir kitablar muzeyi” şöbəsinin açılışı olmuşdur.

“Nadir kitablar muzeyi” şöbəsinin açılışını bildirən rəmzi qırmızı lenti Kərim Tahirov və Aleksandr Verşinin imzalamışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında