Azərbaycan Dövlət İqtisad Universitetinin 4 saylı tədris binası yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilmişdir

 

 

 

Sentyabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 4 saylı tədris binası yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilmişdir.

Bu münasibətlə keçirilən tədbirdə iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin tədris binasının foyesindəki büstü önünə gül dəstələri qoymuşlar. Sonra 3 min tələbənin təhsil aldığı tədris korpusuna baxış keçirilmişdir.

Universitetin tələbə və müəllimlərinin iştirak etdikləri tədbirdə ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev yenidən qurulmuş binanın fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik etmişdir.

Ş.Hacıyev respublikamızda təhsilə yüksək dövlət qayğısından, bu sahənin dinamik inkişafından söz açmışdır. O, bildirmişdir ki, yeni fəaliyyətə başlayan binada 7 min kvadratmetrdən çox sahədə təmir və yenidənqurma işləri aparılmış, 89 otaq (o cümlədən 54 auditoriya, 5 laboratoriya, 11 kafedra və dekanlıq və s.) ən müasir infrastruktur vasitələri və avadanlıqla təmin edilmişdir. Binada kompyuterləşdirilmiş test üsulu ilə imtahan keçirilməsi üçün 80 nəfərlik xüsusi imtahan zalı yaradılmış, 3 ixtisaslaşdırılmış kompyuter otağı, tələbə və müəllimlər üçün yeməkxana və mətbəx müasir avadanlıqla təchiz edilmişdir. Tədris binası, həmçinin optik kabel vasitəsilə universitetin əsas binasındakı server və vahid şəbəkəyə birləşdirilmişdir. Bütün auditoriyalar kabel interneti və “wi-fi” ilə təmin olunmuş, interaktiv üsulla dərs keçmək üçün proyektor,  kamera və video müşahidə sistemləri quraşdırılmışdır.

Kütləvi tədbirlərin, konfrans və forumların keçirilməsi üçün böyük və kiçik akt zalları, tibb məntəqəsi, müasir tipli idman və konfrans zalları, respublika və beynəlxalq turnirlərin tələblərinə uyğun şahmat klubu yaradılmış, bütün otaqlarda avadanlıq yenilənmişdir. Bununla yanaşı, binanın fasadı bütövlükdə aqlay daşı ilə üzlənmiş, dam örtüyü tamamilə dəyişdirilmiş, binanın qarşısında müxtəlif ağaclar əkilərək, park salınmışdır. Su təchizatı da yenidən qurulmuş, istixana inşa edilmiş, binanın ətrafına 6 min kvadratmetr sahəyə asfalt döşənmişdir. 

Təhsil naziri Mikayıl Cabbarov binanın fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik etmiş, bu işdə əməyi olan insanlara təşəkkürünü bildirmişdir. Bu ali təhsil ocağının məzunu olduğunu bildirən nazir binada aparılan yenidənqurma işlərini yüksək qiymətləndirmişdir.

M.Cabbarov Azərbaycan təhsil sistemində aparılan  islahatlardan, iqtisadi uğurlardan, dünya iqtisadiyyatında biliyin rolundan və universitetlərin iqtisadi dayanıqlığından, xaricdə təhsil  və digər məsələlərdən danışmışdır.

Sonda M.Cabbarov tələbələri maraqlandıran sualları cavablandırmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında