Üçüncü Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində “Heydər Əliyevin elmi irsi” kitabının təqdimatı olmuşdur

 

Sentyabrın 23-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Yeni Azərbaycan Partiyası  Səbail rayon təşkilatının sədri,  professor Zahid Qaralovun “Heydər Əliyevin elmi irsi” ikicildliyinin təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, “Şərq-Qərb” nəşriyyatı direktorunun müavini Rafiq Kazımov ulu öndərin xatirəsinə həsr olunmuş kitabın məziyyətindən söz açmışdır. Bildirmişdir ki, professor Z.Qaralovun  bu dəyərli əsəri  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə sanballı töhfədir. R.Kazımov kitabda Heydər Əliyev siyasətinin fəlsəfi mahiyyətini, elmi-nəzəri əhəmiyyətini xüsusi vurğulamışdır.

Kitabın müəllifi, professor Zahid Qaralov ümummilli lider Heydər Əliyevin əvəzsiz şəxsiyyət olmasından, respublikamızın inkişafında və dünyada tanınmasında, inkişafın Azərbaycan modelinin yaradılmasında ulu öndərin  əvəzsiz rolundan   danışmışdır. O, eyni zamanda, Azərbaycan milli dövlətçiliyinin formalaşmasında, onun suverenliyi, ərazi bütövlüyü, dünya birliyinə inteqrasiyası, ölkənin iqtisadi inkişafı sahəsində cari və uzunmüddətli layihələrin işlənib hazırlanmasında və həyata keçirilməsində dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini  qeyd etmişdir. 

Alim bildirmişdir ki, “Heydər Əliyevin elmi irsi” kitabı 1969-cu ildən bəri topladığı materiallar əsasında, son bir ildə tərtib olunmuşdur. Kitabı fərqləndirən cəhət ondan ibarətdir ki, burada Azərbaycanın yeni tarixində baş vermiş siyasi hadisə və proseslərə sadəcə olaraq xronoloji ardıcıllıqla deyil, elmi nöqteyi-nəzərdən yanaşılmışdır. Kitab ümummilli lider Heydər Əliyevin yalnız elmi irsinin deyil, həmçinin onun mənəvi, əxlaqi və dövlətçilik irsinin də öyrənilməsi baxımından əhəmiyyətli mənbədir. Əsərdə ulu öndərin elmi irsi on beş istiqamət üzrə araşdırılmışdır.

Zahid Qaralov qeyd etmişdir ki, son  on ildə ölkədə həyata keçirilmiş islahatlar da kitabda əksini tapmışdır. Ulu öndərin siyasi kursunun məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev siyasəti Azərbaycanı daha xoşbəxt gələcəyə aparır və buna görə də xalq daim onun xatirəsini ehtiramla yad edəcəkdir. Ziyalılarımız və elm adamlarımız Ulu Öndərin irsini bundan sonra da araşdıracaq, yeni dəyərli əsərlər yaradacaqlar.

 Müəllif qeyd etmişdir ki, Ulu Öndərin özünəməxsus iş üslubu, bilik və bacarığı, psixologiyası, hadisələrə yanaşma tərzi var idi. Onun yaradıcı təfəkkürünü təhlil edib elmi nəticələr əldə etmək mümkündür. Ümummilli lider Heydər Əliyev çox yüksək səviyyəli humanizmə, mənəvi keyfiyyətlərə malik bir dövlət xadimi idi. Onun heç vaxt şəxsi marağı olmamışdır. Ömrü boyu ictimai və dövlət maraqlarının müdafiəsində dayanmış, xalqın mənafeyini qorumuşdur. Bütün bunlar dahi şəxsiyyət Heydər Əliyevin bəşəri ideyalara, insanlığa xidmət etdiyi üçün əbədiyaşardır və xalqın xatirəsində daim müdrik şəxsiyyət kimi qalacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında