“Kaspi” Təhsil Mərkəzinin illik yekun hesabatının təqdimatı olmuşdur

 

Sentyabrın 21-də Beynəlxalq Mətbuat

Mərkəzində Kaspi Təhsil Mərkəzinin ənənəvi illik yekun hesabatının təqdimatı olmuşdur.

Tədbirdə mərkəzin ötən tədris ilində fəaliyyəti, qazandığı nailiyyətlər barədə məlumat verilmiş,  vəzifə və planlardan danışılmışdır.

Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva əldə olunan nailiyyətlərdən danışaraq bildirmişdir ki,  mərkəzin məqsədi ilk növbədə təhsil sahəsinə yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən bir təhsil sistemi yaratmaqdır.

Mərkəzdə   “Kaspi Poliqlot” xidməti üzrə beynəlxalq sertifikat imtahanlarına (TOEFL, IELTS) hazırlıq kursları keçilir.  Bu proqram çərçivəsində tələbələr yüksək nəticələr əldə edirlər.

Mərkəzin xaricdə təhsil xidmətlərini təklif edən “Kaspi Global” gənclərin xaricdə təhsil almaları və ya təhsillərini xaricdə davam etdirmələri, tələbə-gənclərin xaricdəki müxtəlif təhsil proqramlarında iştirakını təmin edir. Bu proqram, həmçinin dövri olaraq hər il Bakıda beynəlxalq təhsil sərgilərini keçirən yeganə təhsil mərkəzidir.

S.Vəliyeva qeyd etmişdir ki, dünyanın tanınmış universitetləri ilə  əlaqə quran təhsil mərkəzi daim aktual və novator layihələri ilə müstəqil təhsil məkanında tamamilə fərqlənir. Artıq “Kaspi Qlobal”ın 350-dək məzunu həmin universitetlərdə təhsil alır. Bu il isə  proqram üzrə  müvəffəqiyyətlə imtahan vermiş 80-dək tələbə dünyanın nüfuzlu universitetlərində oxuyacaqdır.

Kaspi Təhsil Mərkəzi magistr hazırlığında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  (TQDK) tələblərinə tam cavab verən kompleks proqramdan istifadə edir. Mərkəzin  “Kaspi Professional” magistraturaya hazırlıq bölməsi xətti ilə respublikamızda yüzlərlə məzunumuz magistraturaya daxil olmuşdur.

Mərkəzin “Kaspi Kids” məktəbəqədər hazırlıq üzrə xidməti barədə danışan S.Vəliyeva demişdir ki,   bu proqram uşağın məktəbə və cəmiyyətə tam hazırlanmasını əhatə edir.

Qeyd olunmuşdur ki, “Kaspi Abituriyent” xidməti IX-XI sinif şagirdlərinin və məzunların bütün ixtisas qrupları üzrə kompleks şəkildə ali məktəblərə hazırlığını təşkil edir. Proqram çərçivəsində 550-dək məzun ölkəmizdə fəaliyyət göstərən universitetlərə qəbul olunmuşdur. Bu il daha iki “Kaspi” tələbəsi  TQDK-nın qəbul imtahanlarında yüksək bal yığaraq Prezident təqaüdünə layiq görülmüşdür. Bunlardan Qulu Quluyev 680 balla, Vəfa Qəmbərova isə 674 balla Bakı Ali Neft Məktəbinə daxil olmuşlar.

Təşkilatın  fəaliyyəti barədə ətraflı məlumat verən Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əliyev  layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırmış, gələcək planlar barədə danışmışdır.

Tədbirdə “Kaspi” Təhsil Mərkəzinin yeni “Elektron təhsil” layihəsinin təqdimatı olmuşdur.

Qeyd olunmuşdur ki, “Kaspi” elektron təhsil sistemi Azərbaycanda bu qəbildən tamamilə fərqli bir sistem və imkanlar təqdim edir.

 Sonda builki qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrə hədiyyələr təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında