Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində, lisey və gimnaziyalarda qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsinə başlanılmışdır

 Nazirliyin tabeliyindəki xüsusi internat məktəbləri üçün (əqli və fiziki qüsurlu uşaqlar, vərəm, revmatizm xəstəliyi) müvafiq dietik menyular hazırlanmışdır. Menyulara xəstəliklərin nozoloji formasına, gedişinə, ağırlıq dərəcəsinə, remissiya və ya residiv dövrlərinə uyğun fərdi dəyişikliklər edilmişdir. Bundan əlavə, qeyd olunan bütün təlim-tədris ocaqlarında qidalanma yaş qrupları, uşaq və yeniyetmələrin üzərinə düşən əqli və fiziki yükün xüsusiyyətləri, bu müəssisələrdə dərs və iş rejimi nəzərə alınmaqla təşkil edilmişdir. Məlumatı "www.edu.gov.az" saytı yaymışdır.

Qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsi beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsini daim nəzarətdə saxlamaq və baş verən hər hansı bir çatışmazlığın operativ şəkildə aradan qaldırılması məqsədlərinə xidmət edir. Rasional və balanslaşdırılmış qidalanma uşaqların sağlamlığını və harmonik inkişafını təmin edən vacib və effektiv amillərdən biridir. Düzgün qidalanma uşaqlarda beyinin, intellektin, mərkəzi sinir sisteminin inkişafına və formalaşmasına önəmli təsir göstərir. Uşaq və yeniyetmə yaşlarında düzgün qidalanma qida maddələrinə olan gündəlik tələbatı ödəməklə yanaşı, həm də onların hərtərəfli inkişaf ahəngini təmin edir.

Bundan əlavə, uşaq və yeniyetmələr arasında qidalanmanın düzgün təşkili, yeməkxanaların nəfis dizaynı, süfrə tərtibatı, xidmətin müvafiq qaydalar çərçivəsində aparılması, yemək çeşidlərinin müxtəlifliyi və seçim imkanının yaradılması uşaqların yüksək mədəni-estetik zövqünün formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin qidalanma qaydalarından düzgün istifadə iştahın artmasına, həzm prosesinin optimallaşmasına, qidalanma mədəniyyətinin və müvafiq gigiyenik vərdişlərin yaranmasına gətirib çıxarır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında