Azərbaycanlı gənclərin Türkiyədə tibb təhsili alması iki qardaş ölkə arasında yüksək əlaqələrin göstəricisidir

 

Türkiyədə tələbələrimiz olmuş  azərbaycanlı gənc həkimlərin Bakıdakı nüfuzlu xəstəxana və klinikalarda çalışmaları bizim üçün çox xoşdur. Bu, iki ölkə arasında əlaqələrin, xüsusilə, səhiyyə sahəsində yüksək əlaqələrin göstəricisidir.

Bunu Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin Azərbaycan Tibb Universitetində keçirilən XIII beynəlxalq konqresinin iştirakçısı, Türkiyənin Ankara Universitetinin professoru Abdulkadir Dökmeci bildirmişdir.

Türkiyəli professor qeyd etmişdir ki, Bakıda keçirilən bu mühüm beynəlxalq tədbir təcrübə mübadiləsi baxımından çox əhəmiyyətlidir.

Konqresin Azərbaycanda tibbi kadrların hazırlanmasına böyük töhfə verəcəyinə əminliyini vurğulayan Abdulkadir Dökmeci azərbaycanlı həmkarlarını da öz ölkəsində görmək istəyini dilə gətirərək demişdir: “2015-ci ildə Asiya Sakit okean Qaraciyər  Cəmiyyətinin baş konqresi Türkiyənin İstanbul şəhərində keçiriləcəkdir. Konqresin sədri kimi bütün azərbaycanlı həmkarlarımı bu tədbirə dəvət edirəm”.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında