“Polis əməkdaşları üçün yaddaş” kitabçası çapdan çıxmışdır

 

 

 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramını davam etdirir.

 MSK katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, Komissiya “Polis əməkdaşlarının prezident seçkilərində iştirakına dair yaddaş” kitabçasını hazırlayaraq çap etdirmişdir.

Mətni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmış kitabça 2013-cü il oktyabrın 9-na təyin edilmiş prezident seçkilərində polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulmuşdur.

Nəşrdə polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində və səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” qanun və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında