Xatirəsi könüllərdə yaşayır Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 90 il öncə dünyasını dəyişmiş məşhur mesenatın abidəsinin açılışı olmuşdur.

 

Tədbiri şəhər icra hakimiyyətinin qəsəbə üzrə nümayəndəsi Nasir Rzayev açaraq günbəgün abadlaşan Sumqayıtın sosial-iqtisadi inkişafından danışdı. Son illərdə aparılan yenidənqurma və abadlıq işlərinin Sumqayıtı Cənubi Qafqafın inkişaf etolonuna çevirdiyini vurğuladı. O dedi ki, Tağıyev qəsəbəsinin siması da tanınmaz dərəcədə dəyişib, gözəlləşib. Bu gün qəsəbədə həyata keçirilən inkişaf  yönümlü layihələr əhalinin sosial- rifah halının yüksəlməsi ilə nəticələnib.

Qəsəbə ağsaqqallar şurasının üzvü Hacı Mirzəağa Ağaverdiyev qəsəbənin  abadlaşaraq yeni görkəm almasını Hacı Zeynalabdin Tağıyevin ruhuna böyük hörmət kimi dəyərləndirdi.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mərasim iştirakçılarını salamlayaraq bildirdi ki,  xalqını sevən böyük hümanist insan Hacı Zeynalabdin Tağıyev kasıb ailədə doğulmasına baxmayaraq, öz əməli bacarığı sayəsində uğurlar qazanaraq xeyriyyəçilik tədbirlərinə sərf etməkdən zövq alırdı. Bu gün onun şimal bölgəsindən çəkərək gətirdiyi Şollar suyundan Bakı və Sumqayıt əhalisi  bol-bol istifadə edir.

Daha sonra büstün açılışı oldu. Mərasim iştirakçılarının alqışları altında örtüyün lenti kəsildi.

H.Z.Tağıyevin nəticəsi Fərhab Mehmandarov ulu babasının xatirəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.

Tədbir “açıq mikrofon” vasitəsilə davam etdi. Sakinlərdən - Adıgözəl Həsənov, Hüseyn Mikayılov, Sərdar Hüseynov, Akif Zahidov, Tapdıq Nəsirov, Zahir Rəhimov qəsəbədə yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər. Qaldırılan bəzi sosial-məişət problemləri ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə birbaşa tapşırıqlar verildi  və onların həlli istiqamətində yaxın zamanlarda tədbirlər görülməsi  qərara alındı.

Əli NƏCƏFXANLI,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında