Bilik Günü münasibətilə tədbir

 

 

Binəqədi Rayon İcra Hakimiyyətində Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən, qəyyumluqda olan və əlil uşaqlara məktəbli ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov məktəbliləri və onların valideynlərini təbrik etmiş və şagirdlərə yeni dərs ilində uğurlar arzulamışdır. Natiq bildirmişdir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil strategiyası bu gün Azərbaycan dövləti tərəfindən uğurla davam etdirilir.

X.İsgəndərov çıxışında dövlətin təhsil sahəsinə göstərdiyi qayğıdan ətraflı  danışmış, gənc nəslin təhsil alması, cəmiyyətdə savadlı, dünyagörüşlü vətəndaşlar kimi formalaşmasının dövlətimizin xüsusi diqqətlə yanaşdığı məsələ olduğunu vurğulamışdır.

Təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Prezidentinin sərəncamları, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və s. qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir.

“Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin rayon şöbəsinin sədri Ayna Novruzova onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 200-ə yaxın aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən, qəyyumluqda olan və əlil uşaqlara məktəb ləvazimatları verilmiş,  maddi yardım olunmuşdur.

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında