Ölkəmizdə ümummilli liderin görmək istədiyi gənclik formalaşmışdır

 

 

 

Ümummilli lider Heydər Əliyevin müdrik siyasətini uğurla, yeni məzmun və formada davam etdirən Azərbaycan dövlətinin  həyata keçirdiyi siyasətin əsasında həyatın bütün sahələrində aparılan islahatların elmə və elmi biliklərə söykənməsi, gənclərin potensialının səfərbər edilməsi və rəqabətədavamlı kadr potensialının formalaşdırılması, təbii resursların insan resursları ilə əvəzlənməsi durur. Ölkəmizdə həyata keçirilən elm və gənclər siyasəti elmlə məşğul olan gənclərin daha effektiv fəaliyyət göstərmələrinə münbit şəraitin yaradılmasına yönəlmişdir və yaradılmış  şəraitin fonunda elmi gəncliyin də üzərinə böyük məsuliyyət və vəzifələr düşür.

Ölkəmizdə elmi nailiyyətləri stimullaşdırmaq, Azərbaycan elmini müasir dünya elminin inkişaf səviyyəsinə qaldırmaq, onu rəqabətqabiliyyətli etmək, cəmiyyətdə elmin nüfuzunu yüksəltmək, kreativ gəncliyi inkişaf etdirmək naminə dövlətimizin həyata keçirdiyi siyasət, ölkə rəhbərinin  imzaladığı sərəncam və qərarlar bu fəaliyyətin müxtəlif məqamlarını özündə əks etdirir. Bunların sırasında “Azəbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azəbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”nı,  Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması, həmçinin, gənclər siyasəti istiqamətində  “Azərbaycan Gəncliyi (2011-2015-ci illər)” Dövlət Proqramının qəbul edilməsi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi və s. biz  gənc alimlərin fəaliyyətini stimullaşdırdığı kimi, Azərbaycan elminin gələcəyinə daha da böyük ümidlər bəsləməyimizə imkan verir.

Azərbaycanda elmi gəncliyin problemlərinin həlli, onların fəaliyyətlərinin stimullaşdırılması,  effektiv fəaliyyət göstərmələri üçün hüquqi bazanın formalaşdırılması, sosial şəraitlərinin yaxşılaşdırılmasına yönəlmiş qərarlar təqdirəlayiqdir və gənc alimlər tərəfindən yüksək dəyərləndirilir. Dövlətimiz  hər bir sahədə olduğu kimi, elm sferasında çalışan gənclərin hərtərəfli inkişafını daim diqqət mərkəzində saxlayır və  gənc elmi kadr hazırlığına diqqəti vacib hesab edir.

Vaxtilə ulu öndərimiz Heydər Əliyev Azərbaycan gənclərini Vətənini, xalqını sevən, vətənpərvər, savadlı, intellektual gənclik kimi görmək istəyirdi. Bu gün biz əminliklə deyə bilərik ki, ümummlili liderimizin arzuladığı, görmək istədiyi gənclik artıq formalaşıbdır. Azərbaycanda dövlətin həyata keçirdiyi gənclər siyasətinin əsasında Azərbaycan gənci dayanır. Bugünkü gənclik artıq ölkəmizdə gənclər siyasətinin həm  formalaşmasında,  həm də həyata keçirilməsində birbaşa və aktiv iştirak edir.

 Azərbaycanın gənc alimləri ölkəmizi və elmimizi mötəbər beynəlxalq tribunalardan yüksək səviyyədə, layiqincə təmsil edirlər.  Gənc alimlərimiz  dünyanın aparıcı elmi mərkəzlərinə ezam edilir və ixtisaslarını artırmaqla müasir tələblərə uyğun hazırlıq keçirlər.  İndi artıq dünyanın elmtutumlu ölkələrinin gənc alimləri Bakıda keçirilən elmi tədbirlərə qatılır  və ölkəmizin elmi mərkəzlərindəki şəraiti görərkən  elmi tədqiqatlar aparmaq üçün məhz Azərbaycanın elmi mərkəzlərində çalışmaq arzusunu ifadə edirlər.  Bütün bunlar dövlətimizin  məqsədyönlü və düşünülmüş siyasətinin nəticəsidir. Təsadüfi deyildir ki, bu il iyul ayının 10-da AMEA-da keçirilən gənc alimlərin ümumi yığıncağında ölkə gəncliyinin önündə gedən və gənclik sosiumunun ən elitar təbəqəsi olaraq 1200-dən çox gənc alim və tədqiqatçı yekdilliklə ölkəmizdə aparılan quruculuq işlərini və aparılan siyasəti dəstəklədiyini nümayiş etdirdi.

İlqar ORUCOV,

AMEA-nın Gənclərin İntellektual  İnkişaf Mərkəzinin rəhbəri, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında