Yeni kitablar Qubadlının tarixinə yeni nəzər

 

 

Qubadlının işğalından  20 il ötdü. Qədim  türk  torpağı olan  bu  diyarın  tarixi  çox qədim  dövrlərə  gedib çıxır. Bu vaxta kimi  Qubadlının  dəqiq elmi tarixi yazılmamışdı.  Ona görə də  Azərbaycan Milli Elmlər Akademiyası  A.A.Bakıxanov adına  Tarix İnstitutu   bu istiqamətdə ciddi tədqiqatlara söykənən  “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı  monoqrafiyanı çapdan buraxmışdır. Layihənin rəhbəri, elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü Y.M.Mahmudovdur.

Beş fəsildən ibarət olan  monoqrafiyanın  müəllifləri  tarixi  sənədlər əsasında   bu torpağın  keçmişı və bu günü ilə bağlı  maraqlı, diqqətçəkən  faktları  dəqiqliklə araşdıraraq  oxuculara çatdırmışlar.

Kitabın titul vərəqlərində ulu öndər  Heydər Əliyevin və  Azərbaycan Respublikası dövlət başçısının portretləri  verimişdir.  Monoqrafiyanın giriş məqaləsində deyilir: “...Problemlərdən  biri Vətənimizin ayr-ayrı bölgələrinin, xüsusilə də 1988-1994-cü illər ərzində erməni faşistləri tərəfindən işğala məruz qalmış ərazilərimizin tarixinin daha dərindən  və hərtərəfli tədqiq  olunmasıdır. Bu baxımdan, Qubadlı bölgəsinin tarixinin  tədqiq edilməsi xüsusi aktuallıq təşkil edir.

Monoqrafiyanın  geniş və əhatəli  faktlarla zəngin olan birinci fəsli “Qubadlı  bölgəsi qədim və orta əsrlər dövründə”  adlanır.  Qeyd olunur ki, qədim oğuz- türk yurdu olan Zəngəzurun Qubadlı rayonu  coxsaylı  tarixi abidələr  və yaşayış məskənləri ilə zəngindir. Bu abidələr  Qubadlının qədim yaşayış məskəi olduğunu bir daha təsdiq edir. Müəlliflər birinci fəsildə  Qubadlının  tarixi keçmişi ilə bağlı bir sıra yeni faktlar ortaya çıxarmışlar.

“Qubadlı bölgəsi XVIII əsrin ortaları-XX  əsrin  əvvəllərində” adlı kitabın  II  fəsli də maraqlı faktlarla zəngindir. Bu fəslin   materialları tarixi faktlara əsaslanaraq   Qubadlı bölgəsində çarizmə, erməni  daşnaklarına qarşı aparılan mübarizənin  real mənzərəsini yaradır.

Xalq  Cumhuriyyəti və sovet hakimiyyəti illərində Qubadlının keçdiyi tarixi yol  kitabın III və IV  fəsillərində öz əksini tapmışdır. V fəsil isə Ermənistan-Azərbaycan, Dağlıq  Qarabağ münaqişəsinin başlanması, Qubadlının bu müharibədə iştirakı və  sonrakı dövrü əhatə edir.

Kitab  monumental tədqiqat əsəri kimi təkcə Qubadlının  deyil, bütövlükdə Zəngəzurun tarixinə qiymətli töhfədir. Onun  qiymətli cəhəti bir də ondadır ki, bu   tariximizə  yeni elmi baxışdır.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında