Elektron kitabxana istifadəyə verilmişdir Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron Kitabxanasının açılışı olmuşdur.

 

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmiş, bundan sonra daha da səylə çalışacaqlarına söz vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 1972-ci ildən fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin kitabxanasının elektron kitabxana statusu aldığını bildirmiş, bu münasibətlə bölmənin əməkdaşlarının təbrik edərək demişdir: Kitabxanaya və kitablara olan diqqət hər bir ölkənin inkişaf və tərəqqisində başlıca şərtdir. Bu gün istifadəyə verilən elektron kitabxana da Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin işçilərinin digər xarici ölkələrin elektron kitabxanaları ilə əlaqə yaratmalarına, öz tədqiqat işlərini daha səmərəli aparmalarına və mütəxəssis kimi yetişmələrinə imkan verəcəkdir.

Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin bölmənin əməkdaşları tərəfindən layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.

Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov Ali Məclisin sədrinə elektron kitabxananın fəaliyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılmış, elektron oxu zalı üçün 6 oxucu yeri yaradılmışdır. Kitabxana lazımi avadanlıqlarla təmin edilmiş, sürətköçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli izlənməsi üçün 1 ədəd televizor və mobil elektron lövhə qoyulmuşdur. Sürətköçürmə aparatı kitabların elektron versiyalarının yaradılmasına və köhnə kitabların bərpasına imkan verir. Hazırda kitabxananın fondunda 33 minə yaxın kitab vardır.

İlkin mərhələdə kitabxanada 788 kitabın elektron kataloqu, 246 kitabın isə tam mətnli elektron versiyası hazırlanmışdır. Saytın “Kitabxana”, “Elektron kataloq”, “Bizimlə əlaqə” bölmələrində kitabxana ilə operativ əlaqə saxlamaq, elektron axtarış xidmətlərindən istifadə etmək, dövrü mətbuatla tanış olmaq imkanı vardır. İnternet saytında kitablar haqqında biblioqrafik məlumat və kitabların elektron variantları, “Media” bölməsində isə audio-kitablar və video fayllar yerləşdirilmişdir. “Elektron kitablar” bölməsində hər bir elm sahəsi üzrə ədəbiyyatlarla təchiz olunan ayrıca keçidlər vardır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında