Moskvada “Azərbaycan tarixinin 10 ili: 2003-2013-cü illər” kitabı çapdan çıxmışdır

 

Sentyabr ayında Rusiya Federasiyasının paytaxtında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Stanislav Çernyavskinin “Azərbaycan tarixinin 10 ili: 2003-2013-cü illər” kitabı çapdan çıxmışdır. 

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən AzərTAc-a bildirmişlər ki, kitab müəllif tərəfdən bir ildən çox Azərbaycanda və Rusiyada aparılan tədqiqatların nəticəsidir.

Beş fəsildən ibarət nəşrdə əsası  ulu öndər Heydər Əliyevin 1993-2003-cü illəri əhatə edən prezidentliyi dövründə qoyulmuş dövlətçilik bünövrəsi üzərində Azərbaycanın müstəqil daxili və xarici siyasətinin inkişafı, regionda yeri və rolu, xarici tərəfdaşlarla, xüsusən Avropa ilə enerji təhlükəsizliyi istiqamətində əməkdaşlığı, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatları təhlil edilmişdir.

Kitabın birinci və ikinci fəsillərində “Əsrin müqaviləsi və Xəzərin sektorlara bölünməsi”, “Yeni nəqliyyat infrastrukturunun yaradılması, enerji strategiyasında qaz-neft faktoru”, “Dövlət neft şirkəti - şəffaflıq şərtlərində yatırımlar”, üçüncü fəslində “İqtisadi fəaliyyətin liberallaşdırılması, kiçik və orta sahibkarlığa dəstək”, “İnformasiya və kommunikasiya texnologiyaları”, “Gələcəyə baxış – Azərbaycan-2020”, dördüncü fəslində ”Qloballaşma dövründə Azərbaycanın xarici siyasətinin oriyentasiyası", “Həllini gözləyən Dağlıq Qarabağ münaqişəsi”, “Dünya birliyində özünümüəyyənetmə”, “Rusiya, Amerika Birləşmiş Ştatları, NATO və Avropa İttifaqı Cənubi Qafqaz siyasətinin mərkəzində”, “İslam dünyası ilə əlaqə - praqmatizm və balans”, beşinci fəslində isə “Yeni siyasi məkan və müasirləşdirilmə”, “Yaradıcı gənclər - Azərbaycanın inkişafının generatorudur” mövzuları əksini tapmışdır.

Rus dilində nəşr olunmuş kitab Azərbaycanda və Rusiya Federasiyasında satış üçün nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi kitabın nəşr olunmasına akademik dəstək göstərmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında