RİTN-də İnformasiya Texnologiyaları Universitetinə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində  (RİTN) İnformasiya Texnologiyaları Universitetinə (İTU)  qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüş keçirilmişdir.

Görüşdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov  son 10 ildə Azərbaycanda aparılan uğurlu islahatlar nəticəsində davamlı və  dayanıqlı iqtisadi inkişafa  nail olunduğunu qeyd etmişdir.

Nazirlikdən aldığımız məlumatda bildirilir ki, dövlət tərəfindən İKT sektorunun inkişafına xüsusi diqqət göstərildiyini nəzərə çatdıran nazir “2013-cü ilin Azərbaycan Respublikasında ”İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsinin,   informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlıqlı kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədilə Prezidentin 1 fevral 2013-cü il tarixli sərəncamı ilə İnformasiya Texnologiyaları Universitetinin (İTU) yaradılmasının bu diqqətin təzahürü olduğunu vurğulamışdır.

2013 - 2014-cü tədris ilində “İnformasiya təhlükəsizliyi”, “Kompyuter elmləri”, “Kompyuter mühəndisliyi”, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” kimi ixtisaslar üzrə İTU-ya  tələbə qəbulu üçün 60 plan yerinin ayrıldığını bildirən nazir İKT sahəsi üzrə ixtisaslaşmış kadrlara tələbatın “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gəldiyini qeyd etmişdir: “Bu sənədə uyğun olaraq, ölkəmizdə gələcək iqtisadi hədəflər iqtisadiyyatın strukturunun  təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi üzərində qurulmuşdur”.

 Qarşıdakı illər ərzində elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənəcəyini, innovativ inkişafın təmin edilməsində İT sahəsi üzrə ixtisaslı kadr hazırlığının daim diqqətdə olacağını vurğulayan nazir, eyni zamanda RİTN tərəfindən də İTU tələbələrinin daim qayğı və diqqətlə əhatə ediləcəyini, universitetin məzunlarının gələcəkdə uyğun ixtisaslar üzrə işlə təminatının həyata keçiriləcəyini qeyd etmişdir.

Tələbələrin çoxsaylı suallarını  cavablandıran nazir valideynlərin istək və arzularını da dinləmişdir.

Samirə ƏLİYEVA“ Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında