Mikayıl CABBAROV: Azərbaycan gəncləri bu gün dünyanın ən yaxşı ali məktəblərində təhsil almaq imkanı qazanmışlar

Azərbaycan artıq müstəqil və çiçəklənən bir dövlətdir. Ölkəmizin inkişafının, sosial-iqtisadi nailiyyətlərinin rəmzi ifadəsi olaraq Prezident İlham Əliyev tərəfindən “Qara qızılı insan kapitalına çevirək” devizi altında həyata keçirilən dövlət proqramı çərçivəsində tələbələrimiz bu gün dünyanın ən yaxşı ali məktəblərində təhsil almaq imkanı qazanmışlar.

AzərTAc xəbər verir ki, bu sözləri Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) XI Yay Forumunda iştirak edən təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə müsahibəsində demişdir.

Nazir bildirmişdir ki, vaxtilə Sovet İttifaqının ən yaxşı ali məktəblərinə təhsil almağa gedən azərbaycanlı tələbələrlə görüş ənənəsinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bir qayda olaraq  hər il avqust ayının son günlərində belə görüşlər keçirilmişdir.

M.Cabbarov bu gün də həmin ənənənin qorunub saxlanmasının çox uğurlu addım olduğunu söyləmişdir. Diqqətə çatdırmışdır ki,

bugünkü forum həm keçən illərdə artıq bu proqramlarda iştirak edib qayıdan tələbələrlə görüşmək, onların rəylərini, fikirlərini öyrənmək, həm də proqramın gələcəkdə mükəmməlləşməsi və inkişafı məqsədi, eyni zamanda, onların Azərbaycanın sosial-iqtisadi həyatında, vətəndaş cəmiyyətinin formalaşdırılmasında iştirakı məsələlərinin müzakirəsi baxımından faydalıdır.

Nazir demişdir: “Dövlətin müxtəlif strukturlarına rəhbərlik edən insanlarla görüşmək, fikir mübadiləsi aparmaq, onlara suallar vermək tələbələr üçün də çox gözəl fürsətdir. Mən ASAIF-in XI Yay Forumunu bu nöqteyi-nəzərdən çox yüksək qiymətləndirirəm”.

Xaricdə təhsilini başa vurub qayıdan tələbələrin öz ixtisasları üzrə işlə təmin olunmasına gəlincə, M.Cabbarov artıq bu sahədə müəyyən nəticələrin olduğunu söyləmişdir. Bildirmişdir ki, forumda digər məsələlərlə yanaşı, məzunların ölkəyə qayıtdıqdan sonra cəmiyyətə inteqrasiyası və onların əldə etdikləri biliklərin ən mükəmməl şəkildə Azərbaycan Respublikasının ehtiyaclarının ödənilməsi üçün istifadə olunması barədə də söhbət gedəcəkdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında