Böyük Britaniyanın “The Pie News” portalında Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramından bəhs edilmişdir

Böyük Britaniyanın beynəlxalq təhsil sahəsi üzrə peşəkarlar üçün nüfuzlu “The Pie News” xəbərlər və biznesin təhlili portalında Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məqalə dərc edilmişdir.

Məqalədə Dövlət Proqramının məqsədi, Azərbaycanın ehtiyacına uyğun prioritet ixtisasların müəyyənləşdirilməsi, əhatə olunan ölkələrin coğrafiyası, indiyədək xaricə göndərilmiş tələbələr və məzunların işlə təmin edilməsi mexanizmindən söhbət açılır.

Müəllif hökumətin dəstəklədiyi Dövlət Proqramı çərçivəsində azərbaycanlı gənclərin Avropa, Şimali Amerika, eləcə də təhsil sistemi inkişaf etmiş digər ölkələrdə oxumaq üçün təqaüdə layiq görüldüyünü vurğulamışdır. Qeyd edilmişdir ki, Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən Proqram çərçivəsində Azərbaycanda mühəndislik, informatika, hüquq, səhiyyə sahəsində mütəxəssislərə olan ehtiyacın təmin edilməsi istiqamətində gənclər dünyanın ən yaxşı universitetlərində bu sahələr üzrə təhsilə cəlb olunurlar. Proqrama marağın böyük olduğunu bildirən müəllif vurğulamışdır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ildən fəaliyyətə başlayan xaricdə təhsil üzrə Dövlət Proqramının əsas məqsədi azərbaycanlı gənclərin yüksək ixtisaslı milli kadrlar kimi hazırlanmasıdır.

Məqalədə məzunları işlə təmin etmək məqsədilə Təhsil Nazirliyinin planlaşdırdığı tədbirlərdən də bəhs olunmuşdur. Diqqətə çatdırılmışdır ki, xarici dil bilən, əsasən də informasiya-kommunikasiya texnologiyaları, beynəlxalq diplomatiya, hüquq, biznesin idarə edilməsi, sosial və siyasi elmlər sahələrində bilik və bacarıqlara yiyələnmiş yüksək ixtisaslı kadrlara ehtiyac vardır.

Dövlət Proqramı çərçivəsində xarici ölkələrə göndərilən tələbələrin statistikasını nəzərə çatdıran müəllif qeyd etmişdir ki, indiyədək proqram üzrə ümumilikdə 1825 təqaüd verilmiş və 533 nəfər məzun olmuşdur.

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında