Təhsil naziri Siyəzəndə vətəndaşları qəbul etmişdir

Avqustun 24-də təhsil naziri Mikayıl Cabbarov Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində bu rayondan, habelə Quba, Qusar, Xaçmaz, Şabran və Xızı rayonlarından gəlmiş vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, müvafiq rayonların təhsil şöbələri müdirlərinin, həmçinin nazirliyin digər əlaqədar struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşlar əsasən işə götürülmə, məktəb və uşaq bağçalarının təmiri, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, buraxılış və qəbul imtahanları, təhsil haqqı və köçürmələrlə bağlı müraciətlər etmişlər.

Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapmışdır. Bir sıra müraciətlərlə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında