Təhsil naziri Mikayıl Cabbarovun bölgələrə səfəri davam edir

İyulun 29-da təhsil naziri Mikayıl Cabbarov Gəncə Dövlət Universitetində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Gəncə, Naftalan şəhərlərində və Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.
Təhsil şöbələri müdirlərinin, nazirliyin digər tabeli qurumları rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər, əsasən yaşadıqları rayonlarda ümumtəhsil məktəblərində işlə təmin olunma, bir təhsil müəssisəsindən digərinə köçürülmə, məktəb binalarının təmiri, təhsil haqqından azad olunma, xaricdə təhsil, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil və digər məsələlərlə əlaqədar olmuşdur. Həmçinin, yerli təhsili idarəetmə orqanları rəhbərlərinin fəaliyyəti barədə vətəndaşların şikayətləri ilə bağlı müvafiq araşdırmalara başlanılmışdır.
Qəbulda 149 vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerində həllini tapmışdır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilmişdir. 
* * *
Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüş keçirilmişdir. Görüşdə təhsil müəssisələrinin təmiri və maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Həmin gün Gəncə Dövlət Universitetində yerli təhsil orqanlarının rəhbərlərinin iştirakı ilə regional müşavirə keçirilmişdir. Tədbirdə Gəncə və Naftalan şəhərlərinin, Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarının təhsil şöbələrinin müdirləri iştirak etmişlər. Müşavirədə bölgənin təhsillə bağlı problemləri müzakirə edilmiş, nazirliyin müvafiq qurumlarının və yerli təhsil orqanlarının rəhbərlərinə tapşırıqlar verilmişdir.
Gəncə Dövlət Universitetində imtahan sessiyasının gedişində yol verilmiş neqativ halların qarşısının alınması üçün vaxtında tədbirlər görmədiyinə görə nazir tərəfindən universitetin rektoru Yadigar Əliyevə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunmuşdur.
 
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında