“Bir damcı su” yun nağılı

 

“Su həyatdır” deyimi  dünyanın hər yerində birmənalı səslənir, eyni anlama gəlir. İnsanlar torpaq üstündə yaşasalar da daha çox suya möhtacdırlar. Bədənimizin 80 faizi su olduğundan ona ehtiyacımız da bu nisbətdədir. Hər şeyi paklaşdırdığından  su təmizlik timsalı, müqəddəslik daşıyıcısıdır. Sən demə, bunlardan əlavə, suyun yaddaşı, sevgisi, nifrəti də vardır...

Vətənpərvər iş adamı, Türkiyədə yaşayan soydaşımız Əli Poladın anadilli oxuculara növbəti hədiyyəsi olan “Bir damcı su” kitabında bütün bunlar barədə bir-birindən maraqlı söhbətlər, elmi-populyar mülahizələr yer alıb. Maraqlı bir su ensiklopediyası saya biləcəyimiz bu nəşrdə hər damcısı həyat iksiri olan suyun fiziki-kimyəvi özəlliklərindən tutmuş sağlam həyatda, bütövlükdə Yer kürəsində oynadığı rol, min bir hikməti incələnir. Müəllifin məramı sadə və alidir: suyun insan üçün nə olduğunu dərindən anlatmaq, onun qədrini bilmək, bu ilahi nemətdən qədərincə yararlanmaq.

Ötən şənbə axşamı Mərdəkanın  “Tropikanka” istirahət guşəsində, təbiətin nadir incisi olan Xəzərin ləpədöyənində “Bir damcı su”yun şərəfinə qurulan çal-çağırda kitabsevərlər bənzərsiz bir su nağılının sehrinə düşmüşdülər. Əli Poladın oxuculara çatdırmaq istədiyi mətləblərə musiqinin əlvan notlarını da qatan bəstəkar-müğənni Elza Seyidcahan şəhərin istisindən gələn qonaqların qəlbinə öz nəğmələri ilə sərinlik gətirmişdi...

Müxtəlif peşə sahibləri, xarici qonaqlar, jurnalistlər çay süfrəsi arxasında “Bir damcı su”yu vərəqlədilər, onu soydaşlarına sevgi, həyat, gözəllik payı kimi hədiyyə etmiş Əli Polada “Əhsən” dedilər, bir damcı suyun hikmətini nağıllaşdıran Elza Seyidcahanı isə alqışladılar.

 

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında