Şagirdlərin müəyyən bir sinfi bitirmədən növbəti sinfə keçirilməsi qaydaları açıqlanmışdır

 

 Azərbaycanda şagirdlərin müəyyən bir sinfi bitirmədən növbəti sinfə keçirilməsi (məsələn, 1-dən 3-ə; 3-dən 5-ə və s.) barədə qaydalar hazırda mövcud deyil.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən qeyd olunub ki, bu hal kütləvi xarakterdə ola bilməz. Şagirdlərin müəyyən bir sinfi bitirmədən növbəti sinfə keçirilməsi yalnız xüsusi istedadı ilə fərqlənən, idraki və kommunikativ bacarıqları yaşıdlarına nisbətən daha yüksək inkişaf etmiş uşaqlara aiddir.

Təhsil nazirinin əmrinə əsasən isə ölkədə uşaqların vaxtından əvvəl I sinfə qəbulu hər il 16 sentyabr - 31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Vətəndaşların digər sualları cavablandırılarkən qeyd olunub ki, Azərbaycan Dövlət İqtisad Universitetini bitirənlər ümumtəhsil məktəblərində müəllim işləyə bilməz: “Ümumi təhsil müəssisələri direktorlarının müavinləri İKT məsələlərinə rəhbərlik edirlər. Gələcəkdə ümumtəhsil məktəblərinə maliyyə müstəqilliyi verilərkən zərurətdən asılı olaraq İKT üzrə müavin ştatlarının ayrılması məsələsinə baxılacaq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında