Tanınmış yazıçının “Tokay və Manana” hekayələr kitabı çapdan çıxmışdır

 

Tanınmış yazıçı Kamran Nəzirlinin “Tokay və Manana” hekayələr kitabı “Mütərcim” nəşriyyatında çapdan çıxmışdır.

Yeni kitab Azərbaycan və rus dillərində nəşr olunmuşdur.

Kitabda toplanmış hekayələri rus dilinə Cavid Abbasov tərcümə etmişdir.

“Tokay və Manana” müasir Azərbaycan nəsrinin yeni nümunəsidir. Çağdaş nəsrimizin simasının formalaşmasında əməyi olan ədiblərimizdən biri kimi Kamran Nəzirli bu kitabında da kimsəyə bənzəri olmayan dəst-xətti ilə gözəl bir hekayə yaratmışdır. Gürcü qızı Manana ilə azərbaycanlı gənc Tokay arasında sevgi və bu sevgini incə situasiyalarla daha mükəmməl və etibarlı edən orijinal süjet xətti oxucuda dərin maraq doğurur.

 Kitaba yazıçının “Ziya və Leonid İliç Brejnev” adlı novellası da daxil edilmişdir. Həmişəki kimi, obrazları canlı, təhkiyəsi rəvan, dialoqları dadlı-duzlu olan bu əsərdə də təsvir, cəlbedici təhkiyə, mükəmməl ədəbi dil diqqəti çəkir.

 İnanırıq ki, yazıçının əvvəlki əsərləri kimi, bu kitabı da oxucuların rəğbətini qazanacaqdır.

Yeni kitabın gürcü və ingilis dillərində variantları da çapa hazırlanır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında