Təhsil Nazirliyi yeni tədris ili üçün orta məktəblərdə tətillərin vaxtını açıqlamışdır

 

Təhsil Nazirliyi 2013-2014-cü tədris ili üçün Azərbaycanın orta məktəblərində dərs məşğələləri və tətillərin vaxtını müəyyənləşdirmişdir.

Təhsil Nazirliyindən verilən xəbərə görə, dərs ili I siniflərdə 31, II-XI  siniflərdə 32 tədris həftəsindən ibarətdir. Orta məktəblərdə dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Belə ki, birinci yarımil 15 sentyabr - 29 dekabr, ikinci yarımil isə 6 yanvar - 31 may tarixlərində olacaq. Dərs ili ərzində şagirdlər üçün tətillərin vaxtı da müəyyən olunmuşdur. Belə ki, payız tətili 12-17 noyabr (6 gün), qış tətili 30 dekabr – 5 yanvar (7 gün),

I sinif şagirdləri üçün əlavə tətil 12-17 fevral (6 gün), yaz tətili isə 17-24 mart (8 gün) tarixlərində olacaq.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında