Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “Məzun-2013” günü qeyd edilmişdir

 Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda məzun günü təntənəli şəkildə qeyd edildi. Tədbirdə institutun rəhbərliyi, professor -müəllim  heyəti, məzunlar, valideynlər və qonaqlar iştirak edirdilər. Qonaqlar Heydər Əliyev muzey-lektoriyası ilə tənış olduqdan sonra tədbirin rəsmi açılışı oldu.

Tədbiri giriş sözü ilə açan institutun rektoru professor Asəf Zamanov  XXI əsrin problemlərinin həllində yeniləşmiş ali təhsilin zəruriliyini diqqətə çatdırdı. Natiq qeyd etdi ki, yüksək səviyyəli təhsilsiz heç bir millətin və dövlətin nə mədəni nə də texniki inkişafı mümkündür.

Müasir təhsilin uğurları daim dəyişən şəraitdə çevik uyğunlaşma qabiliyyəti ilə müəyyənləşdirilir.  Bu işdə yenidənhazırlanma yolu ilə mütəxəssislərin hazırlanmasının xüsusi yeri vardır.

A. Zamanov çıxışı zamanı institutun kadr hazırlığı sahəsindəki uğurlardan söhbət açdı. O, eyni zamanda məzun adını qazanmış bütün tələbələri və onların müəllimlərini, o cümlədən bu işdə əməyi olan hər kəsi təbrik etdi, onlara həyatlarında və peşə fəaliyyətlərində uğurlar arzuladı. Rektor bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti hazırda Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Biz də bu uğurlu siyasətdən bəhrələnərək gənclərimizin intellektual potensialının artırılması üçün daim çalışır, ölkəmizdəki təhsil müəssisələrinin ixtisaslı və yüksək səviyyəli kadr potensialı ilə təmin olunması üçün bütün imkanlarımızdan istifadə edirik.

Sonra söz millət vəkili, psixologiya elmləri doktoru, professor Bəxtiyar Əliyevə verilmişdir. O, da məzunları təbrik etmiş,  onlara gələcək həyatlarında və peşə fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini  Vüsal İsmayılov da məzunları təbrik etdi, onlara gələcək fəaliyyətlərində böyük nailiyyətlər dilədli.

İnstitutu yüksək nailiyyətlə bitirən 14 nəfər məzun təhsil uğurlarına və institutun ictimai həyatında fəal iştirakına görə Elmi Şuranın  4 iyul 2013-cü tarixli qərarı əsasında diplomlar və fəxri fərmanlarla təltif edilmişlər. Millət vəkili Bəxtiyar Əliyev təlim-tədris prosesində xüsusi fərqləndiyi üçün ilk  fəxri fərmanı Gülnarə Qurbanovaya təqdim etdi.

İnstitutun prfessor -müəllim heyətindən də bir neçə nəfər təltif edildilər.

Qeyd edək ki, 2012- 2013 -cü tədris ilində institutu “riyaziyyat və informatika müəllimliyi”, “təhsildə psixoloji  xidmət”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “məktəbəqədər təlim və tərbiyə” ixtisasları  üzrə dövlət attestasiya  komissiyalarının qərarlarına əsasən 118 nəfər müvəffəqiyyətlə bitirmişdir.

Sonda məzunlar çıxış edərək ürək sözlərini ifadə etdilər. Onlardan Gülnarə Qurbanovanın çıxışı daha təsirli oldu. O, qazandıqları bilik və bacarıqlara, təhsil aldıqları müddətdə onlara göstərilən diqqət və qayğıya görə  institut rəhbərliyinə və professor -müəllim heyətinə minnətdarlığını bildirdi.

 

Elçin ABBASOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.

Şəkillərə iri formatda baxmaq üçün üzərində klikləyin



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında