Azərbaycanda qiyabi təhsil ləğv olunur

 

Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbul 2015-ci ildən dayandırılacaq.

Bu barədə  APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirmişdir.

Komitə sədri qeyd etmişdir ki, bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək və o vaxta kimi qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunacaq: “Çünki bütün dünyada belə qəbul olunub. Keçmiş SSRİ ölkələri istisna olmaqla, dünyanın heç yerində qiyabi təhsil yoxdur, yalnız distant təhsil var. Bizdə qiyabi şöbələrə qəbul olunan sonuncu şəxslər təhsillərini başa vurduqdan sonra - 2015-ci ildən etibarən bu prosesi tədricən həyata keçirmək olar”.

 Təhsil Nazirinin qiyabi təhsil alanların pedaqoji fəaliyyətinə qoyduğu qadağaya da münasibət bildirən Ş. Hacıyev demişdir ki, bu birbaşa icra edici orqanın səlahiyyətində olan prosesdir, qanunvericiliyə heç bir aidiyyəti yoxdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında