Azərbaycan Turizm İnstitutunda mühüm layihələr həyata keçirilir

 

Bu günlərdə Gürcüstan Respublikasının Tbilisi şəhərində Avropa İttifaqının Tempus proqramına uyğun “Beynəlxalq bakalavr və magistr proqramları üzrə davamlı turizmin idarə olunması üçün yeni modulların inkişafı” layihəsi çərçivəsində fəaliyyət göstərən  işçi qrupların görüşü keçirilmişdir.

Gürcüstan Respublikasının Kənd Təsərrüfatı Universitetində təşkil edilən bu görüşdə başlıca məqsəd qruplar tərəfindən hazırlanan modulların son versiyasını layihə rəhbərliyinə və işçi qrupların üzvlərinə təqdim etmək idi. Tədbirin rəsmi hissəsini layihə koordinatoru Andrea Menn ( YADE Almaniyanın Tətbiqi Elmlər Universiteti) açıb. Işçı qrupunun növbəti görüşündə iştirak edən  Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov tədbirə toplaşanları salamladıqdan sonra işçi qruplara fəaliyyətlərində uğurlar arzulamış və bildirmişdir ki, “sözügedən layihə Almaniyanın YADE Tətbiqi Elmlər  Universiteti ilə ATİ arasında olan əməkdaşlığın bəhrəsidir. Əməkdaşlığın 5 yaşı bu il tamam olmuşdur.”

ATİ-nin mətbuat xidmətindən verilən xəbərə görə, 5 günlük proqram cərcivəsində davam edən dinləmələrdə məlum olmuşdur ki, işçi qrupun rəhbərləri layihənin 1-ci mərhələsinin həllində də bir sıra göstəricilər qazanmışlar. Tədbirin son günü bütün ıştirakçıların ümumi rəyi ilə qərara alınmışdır ki, layihənin sonrakı mərhələsi prosesində Avropa İttifaqının Tempus proqramına uyğun  “Beynəlxalq bakalavr və magistr proqramları sahəsində davamlı turizmin idarə olunması üçün yeni modulların inkişafı” üçün hazırlanacaq yeni modullar mövcud kurrikulumlara inteqrə edilsin. Sonda işçi qruplar tərəfindən hazırlanan modulların təsvirinin təqdimatı ilə tədbirə yekun vurulmuşdur. Növbəti görüşün bu ilin noyabr-dekabr aylarında müvafiq bilinən ölkələrin birində tədris materialların hazırlanması üzrə keçirilməsi qərara alınmışdır.   

Mətbuat xidmətindən həmçinin bildirmişlər ki, ATİ-də Almaniya Akademik Mübadiləsi Xidmətinin təklifi ilə tələbələr, doktorluğa namizədlər, tədqiqatçılar və institut müəllimləri üçün “Almaniyada Təhsil və Tədqiqat” adlı tədbir keçirilmişdir.  Almaniyada Təhsil və Tədqiqat imkanları ilə məqsədli tanışlıq tədbirində ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov çıxış edərək ümumilikdə belə təqdimat-görüşlərin yüksək ixtisaslı kadr hazırlığında və inkişafında müstəsna əhəmiyyətini xüsusi vurğulamışdır. Almaniya Akademik Mübadiləsi Xidməti (DAAD) Bakı ofisinin direktoru xanım Nicola Ullisch adı çəkilən qurumun fəaliyyəti, indiyədək görülən işlərindən söz açmışdır. Onun məhz Almaniyada təhsil almaq istəyənlərdən ötrü “Azərbaycan üçün təqaüd və maliyyələşdirmə” mövzusundakı təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

      ATİ-nin tədqiqat və inkişaf şöbəsinin baş məsləhətçisi Julius Arnegger isə Almaniyada ali təhsil sistemi barədə ətraflı məlumat vermişdir və “Tədqiqat layihəsinin planlaşdırılması və idarə edilməsi” mövzusundakı təqdimatı iştirakçıların böyük marağına səbəb olmuşdur. Görüşün sonunda Almaniya Akademik Mübadiləsi Xidməti (DAAD) Bakı ofisinin direktoru xanım Nicola Ullisch  iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında