Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Oğuzda “Yay məktəbi” təşkil etmişdir

 

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər

Birliyi ölkəmizin gözəl guşələrindən olan Oğuzda  “Yay məktəbi” təşkil etmişdir.

 Qurumun mətbuat xidmətindən bildirmişlər ki,  “Yay məktəbi”ndə  100 fəal gənc iştirak edir. Əsas məqsəd gənclər arasında dostluq münasibətlərinin yaradılması, ölkənin ictimai həyatının istənilən sahəsində gedən dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasıdır. Tanınmış siyasətçilərlə gənclərin görüşlərinin təşkili, eləcə də  gənclərdə liderlik xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdə başlıca hədəflərdəndir.

“Yay məktəbi”nin açılışında  YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dövlətimizin gənclərə diqqət və qayğısından, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün yaradılan şəraitdən bəhs etmişdir. Vurğulamışdır ki, gənclərimiz onlara yaradılan bu şəraitdən səmərəli istifadə etməli, günbəgün qüdrətlənən, güclənən Azərbaycana  töhfələrini verməlidirlər. Bunun üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, ən əsası Azərbaycan reallıqlarının təbliğində fəal olmalıdırlar. Azərbaycan gəncləri böyük qüvvədir. Birgə səylər qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.

V.Rəhimzadə gənclərin intellektual səviyyəsinin artırılmasında, gənclər arasında əlaqələrin inkişafında “Yay məktəbi”nin əhəmiyyətindən də danışmışdır.

İyulun 1-də “Gənclərin seçki hazırlığı - seçki prosesi” mövzusunda təqdimat keçirilmişdir. Təqdimatda ölkənin inkişafında və tərəqqisində seçkinin rolu barədə fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, hər bir dövlətin mütərəqqi inkişafının əsası kimi dəyərləndirilən seçkilərin demokratikliyini, şəffaflığını, dünya standartlarına uyğun keçirilməsini təmin etmək üçün mühüm addımlar atılır. Daim yeniliyə, müasirliyə maraq göstərən Azərbaycan dövlətinin dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə çalışması da seçkilərin demokratik keçirilməsində maraqlı olduğunu təsdiqləyir.

Təqdimatda gənclərin seçki proseslərində fəallığı geniş müzakirə olunmuşdur. Bildirilmişdir ki,  yeniliyi, müasirliyi yüksək dəyərləndirən Azərbaycan gəncləri seçkilərin yüksək fəallıq şəraitində keçməsi üçün ciddi səylər göstərir, ən layiqli namizədin qələbəsini təmin etmək üçün öz seçki hüquqlarından səmərəli istifadə edərək ona dəstək olurlar.

Təqdimatda çıxış edən gənclər Yeni Azərbaycan Partiyasının sədri, dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşəcəklərini, onun yenidən Prezident seçilməsinə dəstək olacaqlarını bildirmişlər. Qeyd edilmişdir ki, nəinki YAP-ın 600 mindən artıq üzvünün, ümumilikdə xalqımızın böyük əksəriyyətinin yeganə namizədi olan İlham Əliyevin seçkilərdə qələbəsi şəksizdir. Bu inama əsas verən amil isə dövlətimizin başçısı İlham Əliyevin son 10 ildə gördüyü işlər və Azərbaycanın  uğurlarıdır.

Həmin gün gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədi ilə müxtəlif növ idman yarışları da təşkil olunmuşdur.

Gənclər üçün təcrübə və bilik mənbəyi olan “Yay məktəbi” iyulun 5-dək davam edəcəkdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında