Təhsil Nazirliyi Rusiya və Ukraynanın ali məktəblərinə tələbə göndərən şirkətlərlə bağlı açıqlama vermişdir

 

Rusiya və Ukraynanın ali məktəblərinə tələbə göndərməklə məşğul olan şirkətlərin Təhsil Nazirliyinin adından istifadə etmələri onların qanun qarşısında məsuliyyətini yaradır.

Trend-in Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumatına görə, xarici ölkələrə tələbə qəbulunu həyata keçirən şirkətlər Təhsil Nazirliyində akkreditasiyadan keçmirlər: “Bu tip şirkətlərin Təhsil Nazirliyinin adından istifadə etmələri onların qanun qarşısında məsuliyyətini yaradır. Nazirlik bu halda müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq hüququna malikdir”.

Rusiya və Ukraynada ali təhsil almış Azərbaycan vətəndaşlarının ali təhsil haqqında sənədlərinin tanınması məsələsinə gəlincə, nazirlik bildirmişdir ki, əgər tələbə təhsil aldığı ölkənin qanunları çərçivəsində ali məktəbə qəbul olunmuşsa və ali təhsil müəssisəsi həmin ölkə tərəfindən tanınırsa, o zaman müraciət edən şəxsin ali təhsil haqda sənədləri müvafiq qaydada nostrifikasiya prosedurları keçdikdən sonra ölkə ərazisində tanınacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında