Azərbaycan Diplomatik Akademiyası ilə Rumıniya Diplomatik İnstitutu arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır

 

 İyunun 27-də Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov ölkəmizdə rəsmi səfərdə olan Rumıniyanın Baş naziri Viktor Pontanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Yaqub Eyyubov Azərbaycan ilə Rumıniya arasında dostluq əlaqələrindən danışmışdır. Bildirmişdir ki, bu əlaqələr ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləmələrinə və öz mövqelərindən çıxış etmələrinə imkan yaradır. Diplomatik əlaqələrimizin 1992-ci ildən etibarən inkişaf etdiyini deyən Yaqub Eyyubov bildirmişdir ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Ölkələrimizin rəsmilərinin qarşılıqlı səfərləri dostluq münasibətlərinin bariz nümunəsidir.

Azərbaycan ilə Rumıniya arasında ticari-iqtisadi əlaqələrdən məmnunluğunu bildirən Yaqub Eyyubov vurğulamışdır ki, ildən-ilə bu sahədə artım müşahidə olunur. Gələcəkdə birgə layihələrin həyata keçirilməsi münasibətlərimizin daha da inkişaf etməsinə təkan verəcəkdir.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Viktor Ponta ölkələrimiz arasında münasibətlərdən danışmışdır. Qeyd etmişdir ki,  Rumıniya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir. Ölkəmiz Avropada Azərbaycanın yaxın dostu kimi tanınır. Ölkələrimiz arasında siyasi sahənin bütün istiqamətləri üzrə əməkdaşlığın davam edəcəyini vurğulayan Baş nazir bildirmişdir ki, “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində Azərbaycan həmişə Rumıniyanın dəstəyinə arxalana bilər.

Ölkələrimiz arasında iqtisadi münasibətlərdən danışan Viktor Ponta Azərbaycanın, Rumıniyanın və Gürcüstanın birgə həyata keçirdikləri AGRİ layihəsinin reallaşmasının və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən Rumıniyaya sərmayə yatırılmasının əhəmiyyətini vurğulamışdır.

Baş nazir Azərbaycan ilə Rumıniya arasında bir çox istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişaf etdiyini diqqətə çatdırmışdır.

Sonda Azərbaycan Diplomatik Akademiyası ilə Rumıniya Diplomatik İnstitutu arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Nadir Hüseynov və Rumıniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Baqdan Auresku imzalamışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında