“Azərbaycanda dövlət qulluğunun və idarəetmə sisteminin keçmişi, bu günü və perspektivləri” kitabı çapdan çıxmışdır

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun “Azərbaycanda dövlət qulluğunun və idarəetmə sisteminin keçmişi, bu günü və perspektivləri” adlı yeni kitabı çapdan çıxmışdır.

AzərTAc xəbər verir ki, kitaba daxil edilmiş materiallarda  Azərbaycanda dövlət qulluğunun tarixindən, ənənələrindən, onun müasir durumundan, bu sahənin təkmilləşdirilməsi və inkişafı üçün görülən tədbirlərdən bəhs edilir. Nəşrdə, həmçinin dövlət qulluqçularının sosial müdafiəsi, onların etik davranış qaydaları, dövlət qulluğunda peşəkarlıq və səriştəlilik barədə mülahizələr şərh edilir.

Kitaba yazılmış “Ön söz”də deyilir: “Azərbaycanda dövlət qulluğu gündən-günə inkişaf edir, təkmilləşir, onun qanunvericilik bazası müasir tələblərə uyğunlaşdırılır, bu sahədə əldə olunan müsbət təcrübə öyrənilərək ümumiləşdirilir, dünyanın aparıcı dövlətlərində dövlət qulluğu sahəsində əldə olunan nailiyyətlərin Azərbaycanda tətbiqinə getdikcə daha çox diqqət ayrılır. Görülən işlər öz səmərəsini verir, dövlət hakimiyyəti orqanları daha səmərəli, daha şəffaf, operativ və çevik fəaliyyət göstərərək cəmiyyətin idarə olunmasına öz layiqli töhfələrini verirlər”.

 İki bölmədən ibarət olan 216 səhifəlik bu kitab xüsusi dizayn və zövqlə hazırlanmışdır.

“Azərbaycanda dövlət qulluğunun keçmişi və bu günü” adlı birinci bölməyə müəllifin məqalələri daxil edilmişdir. Kitabda onun əvvəlki yazıları ilə yanaşı, ilk dəfə işıq üzü görən yeni araşdırmaları da öz əksini tapmışdır.

Kitabın ikinci bölməsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun son redaksiyası verilmişdir.

Kitab dövlət idarəetməsində çalışanlar, dövlət qulluqçuları, eləcə də cəmiyyətin digər təbəqələri üçün nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında