Azərbaycan təhsilində 2020-ci ilədək həyata keçiriləcək yeniliklər açıqlanmışdır

 

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində təhsil sahəsində həyata keçiriləcək yeniliklər açıqlanmışdır.

 

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov Ombudsmanların XI Beynəlxalq konfransında çıxışında  demişdir ki, “Azərbaycan 2020 : Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər yaradılacaq və bütün təhsil pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi genişləndiriləcək. Onun sözlərinə görə, 12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək və bununla əlaqədar təhsil proqramları və dərsliklər müasir tələblər baxımından yeniləşdiriləcək: “Təhsil sistemində müasir monitorinq və qiymətləndirmə sistemi yaradılacaq. Peşə təhsili infrastrukturu əsaslı şəkildə müasirləşdiriləcək, peşə təhsilinə cəlb olunanların sayı artırılaraq ölkə iqtisadiyyatının tələbatı ilə uzlaşdırılacaq. Ali təhsil müəssisələrinin ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis yetişdirilməsinə və onların təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən standartlar hazırlanıb tətbiq olunacaq. Müəllim hazırlığının gücləndirilməsinə xüsusi önəm veriləcək. Müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə müasir mexanizmlər yaradılacaq, nəticələrə əsaslanan diferensial əmək haqqı və mükafatlandırma sistemi hazırlanacaq. Ucqar kənd məktəblərində pedaqoji kadrların təminatı üçün nəzərdə tutulmuş maddi stimullaşdırma tədbirləri gücləndiriləcək. Xarici ölkələrin aparıcı universitetlərində dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı 2015-ci ilədək əhəmiyyətli dərəcədə artacaq. Xaricdə təhsil alaraq məzun olmuş mütəxəssislərin potensialının ölkənin inkişafında səmərəli istifadə olunması təmin ediləcək. 2015-2020-ci illər üzrə gənclərin xarici ölkələrdə təhsil almasına dair yeni dövlət proqramı qəbul ediləcək”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında