Almaniyalı alimə AMEA Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunmuşdur

 

İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu elmi şurasının növbəti iclası olmuşdur.

İnstitutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilmiş iclasda görkəmli alman tarixçisi, professor İohannas Rau  da iştirak etmişdir. 

 İclasda Y.Mahmudov Azərbaycanın son illər qazandığı çox böyük uğurlardan, ümummilli lider Heydər Əliyevin qurucusu və memarı olduğu demokratik-hüquqi dövlətimizin bu illərdə daha da qüvvətlənməsindən, müstəqilliyimizin möhkəmlənməsindən danışmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin məqsədyönlü,  dönməz siyasəti nəticəsində Azərbaycan hazırda Cənubi Qafqazın  lider dövlətinə çevrilmişdir. 

Almaniyalı professoru tədbir iştirakçılarına təqdim edən Y.Mahmudov demişdir ki, İ.Rau Azərbaycanı sevən, onun üzləşdiyi müsibətlərə biganə qalmayan, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük səy göstərən bir alimdir. Alman  alim Azərbaycan tarixinə dair “Bani: Heydər Əliyev şəxsiyyət və dövlət xadimi kimi”, “İslam və demokratiya. İlk təşəbbüs: Azərbaycan Demokratik Respublikası (1918-1920)”, “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” kimi qiymətli tədqiqatların müəllifidir. O, “İslam və demokratiya. İlk təşəbbüs: Azərbaycan Demokratik Respublikası (1918-1920)” əsərində Azərbaycan Xalq Cümhuriyyətinin İslam dünyasında ilk demokratik cümhuriyyət olduğunu faktlarla, arxiv materialları vasitəsilə əsaslandırmışdır. Müəllif əsərdə cümhuriyyətin tanınması ilə bağlı məsələlərə geniş yer vermiş və xalqımızın o zamankı tarixinə xüsusi məhəbbətlə yanaşmışdır. 

Y.Mahmudov professor İ.Raunun əsərlərinin Azərbaycan və rus dillərinə tərcümə olunaraq nəşr edilməsi ilə bağlı elmi şuranın qərarını diqqətə çatdırmışdır. O, dəvəti qəbul edib ölkəmizə gəldiyi, xalqımızın tarixinə diqqət göstərdiyi üçün elmi şura üzvləri adından  qonağa minnətdarlığını bildirmişdir.

Tarix İnstitutunun genişmiqyaslı fəaliyyətindən söz açan Y.Mahmudov vurğulamışdır ki, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsini təsdiq edən minlərlə sənəd bu elmi müəssisə tərəfindən toplanmış və tədqiq edilmişdir. Tarix sübut edir ki, ermənilər qədim Azərbaycan torpaqlarına XIX əsrdə gəlmişlər. Əsl tariximizlə bağlı institutun əldə etdiyi mühüm nəticələr tariximizi saxtalaşdırmağa cəhd göstərənlərə tutarlı cavabdır.

Tədbir çərçivəsində institutun elmi şurasının qərarı ilə nəşr olunmuş “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı: təşkilatçılar və qatillər” kitabının təqdimatı keçirilmişdir. Bildirilmişdir ki, layihənin rəhbəri, kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi əməkdar elm xadimi, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, professor Y.Mahmudovdur. 

Y.Mahmudov kitab haqqında ətraflı məlumat vermiş, onun ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür etmişdir.

Sonra professor İ.Raunun Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən Xocalı soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti haqqında məruzələri dinlənilmişdir. Məruzələr ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

Y.Mahmudov görkəmli tarixçi-alim İ.Rauya Tarix İnstitutunun fəxri doktoru  adı verilməsi haqqında institutun elmi şurasının qərarını oxumuşdur.

Sonra İ.Rauya fəxri doktor diplomu və hədiyyələr təqdim olunmuşdur.

Professor İ.Rau fəxri ada görə minnətdarlığını bildirmiş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bundan sonra bütün gücünü sərf edəcəyini vurğulamışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında