Bakıda Birinci Fransız-Azərbaycan Universitetlərarası Forumu keçirilmişdir

 

İyunun 14-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Birinci Fransız-Azərbaycan Universitetlərarası Forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, aorumda Azərbaycanın və Fransanın ali təhsil sistemlərində prioritet istiqamətlər, iki ölkənin təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilmişdir.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bildirmişdir ki, aorumun məqsədi Fransanın ali təhsil ocaqları haqqında daha dolğun məlumat əldə etməkdir.

Hafiz Paşayev xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışmışdır.

Tədbirin əhəmiyyətindən danışan ADA-nın rektoru həm Fransa, həm də Azərbaycan tələbələrinin bu Forumdan yararlanacağına ümidvar olduğunu bildirmişdir.

Tədbirdə çıxış edən Təhsil Nazirliyi Aparatının rəhbəri Ceyhun Bayramov Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələrdən, xaricdə təhsilin əhəmiyyətindən, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasına göstərilən dövlət qayğısından və bu sahədə görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, təhsil sahəsinin inkişaf etdirilməsi ölkə rəhbərliyi üçün prioritet istiqamətlərdəndir. Azərbaycanda digər sahələrdə olduğu kimi, təhsil sektorunda da mühüm layihələr həyata keçirilir və uzunmüddətli dövlət proqramları hazırlanır.

Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilir. İstedadlı gənclərimizin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılmasını nəzərdə tutan proqram çərçivəsində bugünədək çoxlu sayda azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilmişdir. Ümumilikdə, təhsil sahəsində həyata keçirilən tədbirlər iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı, güclü kadr potensialının formalaşmasında da mühüm rol oynayır. Proqram çərçivəsində 1825 tələbə dünyanın müxtəlif universitetlərində təhsil almaq hüququ qazanmışdır.

Forum çərçivəsində Fransanın aparıcı universitetləri barədə təqdimatlar keçirilmiş, eləcə də ölkəmizin tələbələrinə Fransada təhsil almaq imkanları, Azərbaycan və Fransa hökumətləri tərəfindən təsis edilən müxtəlif təqaüdlər barədə ətraflı məlumat verilmişdir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında