Avropa İttifaqının Tempus proqramı çərçivəsində dəyirmi masa keçirilmişdir

 

 Azərbaycan Turizm İnstitutunda Avropa İttifaqının Tempus proqramına uyğun “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” layihəsi çərçivəsində dəyirmi masa keçirilmişdir. Dəyirmi masada turizm sektoru mütəxəssisləri iştirak etmişlər.

Görüşdə Bakı Turizm İnformasiya Mərkəzi, Millenium Tourism &Congress, Bakı Tur, Regea Travel şirkətlərin, Sheraton Airport, Fairmont Baku, JW Marriott Abşeron, Ambassador otellərin nümayəndələrinin çıxış və təklifləri dəyirmi masa iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Mütəxəssislər Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsi proqramının təkmilləşdirilməsinə təsir edə bilən təkliflərlə çıxış etmişlər. Təcrübə dövrünün müddəti, iş saatı, tərəflərin məsuliyyəti və s. məsələlərlə bağlı fikir bildirmişlər.  Millenium Tourism &Congress şirkətinin direktoru Ruslan Quliyev dəyirmi masa söhbətində bir fikri xüsusi vurğulamışdır ki, ATİ ilə uzun müddətdir ki, əməkdaşlıq edir. R. Quliyev çıxışı zamanı təcrübə müddətində tələbələrin peşə vərdişlərinə yiyələnmələri üçün hansı vəzifələrdə işləmək iddiasından xəbərdar olduğunu bildirmişdir. 

Sheraton Airport Baku otelin İnsan resursları üzrə müdiri Sevinc Ağayeva təcrübə dövründən əvvəl tələbələrə peşə davranışları fənninin keçirilməsinin məqsədəuyğunluğunun vacib olduğunu bildirmişdir. Otelin digər nümayəndəsi, təlim koordinatoru Talıb Bayramov  bildirmişdir ki, turizm elə bir sahədir ki, bu sektora hər bir gənci yalnız və yalnız istək, arzu gətirməlidir.

Fairmont Baku otelin Insan Resursları üzrə mütəxəssisi Fidan Hüseynova çalışdığı müəssisədə tələbələrin təcrübə dövründən əvvəl 1- 2 həftə təlim keçdiklərini bildirmişdir.

ATİ-nin turizm biznesinin təşkili kafedrasının müdiri Bahadur Bilalov institutun turizm müəssisələri ilə əməkdaşlığa böyük maraq göstərdiyini bildirmiş, belə görüşlərin tərəflər üçün əhəmiyyətli olacağını nəzərə çatdırmışdır.  Dəyirmi masa söhbətinin sonunda belə görüşlərin vaxtaşırı keçirilməsi təklifi razılıqla qarşılanmışdır.

Z.BƏŞİRQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında