"Mir Cəlalın elmi-nəzəri görüşləri" kitabının təqdimatı olmuşdur

Aprelin 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Bayatı" kitab mağazasında şair-publisist Gülxani Pənahın "Poeziya Günü" nəşrlər evində çapdan çıxmış "Mir Cəlalın elmi-nəzəri görüşləri" kitabının təqdimat mərasimi keçirilmişdir.
AYB-nin katibi, xalq şairi Fikrət Qoca, vaxtilə Mir Cəlalın dissertantı olmuş xalq şairi Söhrab Tahir, tənqidçi Vaqif Yusifli vurğulamışlar ki, bu kitabda görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin elmi yaradıcılığı, ədəbi-tənqidi görüşləri şərh edilmişdir. Bildirilmişdir ki, müəllif Mir Cəlal Paşayevin özündən əvvəl yaşayıb yaratmış bir çox görkəmli sənətkarların sənət yolunu, sənətkarlıq keyfiyyətlərini, onların dil-üslub xüsusiyyətlərini orijinal bir şəkildə təhlil və tədqiq etdiyini araşdırmış, böyük ədib və alimin bir ədəbiyyatşünas kimi söylədiyi dəyərli fikirləri qələmə almışdır.
Şair-publisist Əlirza Xələfli, şairlər Fikrət Sadıq, Mahirə Abdulla, Firuzə Məmmədli, Qəşəm Nəcəfzadə, kitabın redaktoru Arifə Arifqızı və başqaları "Mir Cəlalın elmi-nəzəri görüşləri" monoqrafiyasını həm klassik, həm də XIX-XX əsrlərin ədəbi prosesləri, həmin dövrün Azərbaycan ədəbiyyatşünaslığı və bütövlükdə ümumtürk filoloji düşüncəsi üçün əhəmiyyətli bir hadisə adlandırmışlar.
Kitabın elmi redaktorları filologiya elmləri doktorları, professorlar Qara Namazov, İfrat Əliyeva, Rüstəm Rüstəmzadədir.
Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında