Bakıda rus şairinə ehtiram

 

 

Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 214-cü ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və “Sodrujestvo” cəmiyyətinin  şairin Bakıdakı abidəsi önündə keçirdiyi mərasimdə böyük  rus  ədibinin  zəngin həyat və yaradıcılığından, dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açıldı, xatirəsinə  ehtiram sərgiləndi.

Əvvəlcə Puşkinin ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılmış heykəli önunə tədbir iştirakçıları adından  gül dəstələri və tər çiçəklər qoyuldu. Mərasimi giriş sözü ilə “Sodrujestvo” cəmiyyətinin sədri Tatyana Kərimova açaraq, belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsinə töhfə olduğunu vurğuladı.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  qeyd etdi ki, rayonda şairin adını daşıyan bu parkda Aleksandr Sergeyeviç Puşkinin doğum gününün keçirilməsi artıq ənənəyə çevrilmişdir. Ədibin rus dili, ədəbiyyatı və mədəniyyətinin formalaşması və inkişafındakı rolu, onun dünya ədəbiyyatında yeri  zaman keçdikcə  bir  daha  təsdiqlənir. Puşkini təkcə rus xalqı deyil, dünyanın bütün xalqları sevir. Onun çoxsaylı əsərləri bir çox xalqların dillərinə tərcümə olunmuşdur. Şairin yaradıcılığında  rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti parlaq ifadəsini tapmışdır. Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli, Süleyman Rustəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunmuşdur. Onun Azərbaycanda tanınmasında və sevilməsində bu tərcümələrin böyük rolu olmuşdur.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində ədəbi-bədii tədbirlərin rolunun əvəzsiz olduğunu bildirdi.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Azərbaycanda A.S.Puşkinə, onun ədəbi irsinə azalmayan maraqdan danışdı, şairin şeirlərindən birini ifa etdi.

Tədbirdə  Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı rus icmasının nümayəndələri ölməz şairə ehtiramlarını bildirdilər. Şairin şeirləri Azərbaycan və rus dillərində səsləndi, şagirdlər A.S.Puşkinin nağıllarından səhnəciklər göstərdilər. 

R.TAHİR, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında