“Elm” qəzetinin akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxmışdır

 

Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının birgə təsisçiliyi ilə nəşr olunan “Elm” qəzetinin dünya şöhrətli Azərbaycan alimi, görkəmli ictimai xadim, akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı nəfis tərtibatda, rəngli formatda çapdan çıxmışdır.

AzərTAc xəbər verir ki, birinci səhifəsi taxıl zəmisinin fonunda  böyük alimin rəngli portreti ilə başlayan qəzetin xüsusi buraxılışı akademiklər Əhliman Əmiraslanov və Qərib Məmmədovun birgə qələmə aldıqları “Biologiya elminin inkişafında Cəlal Əliyev zirvəsi” məqaləsi ilə açılır. Dərin analitik təhlilə, elmi araşdırmalara əsaslanan məqalədə böyük elm fədaisinin keçdiyi zəngin həyat yoluna işıq salınır.

Yazıda göstərilir ki, böyük alim Cəlal Əliyevin uğurlu elmi yaradıcılığının əhəmiyyətli hissəsi Azərbaycanda taxılçılığın inkişafına yönəlmişdir. Qeyd olunur ki, 1954-cü ildə Əkinçilik İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan bu böyük alimin seleksiyaçı intuisiyası, dərin nəzəri bilikləri, innovativ ideyaları, gərgin və məqsədyönlü əməyi, yeni intensiv tipli taxıl sortlarının yaradılması ilə nəticələnmişdir. Bu gün Azərbaycan ilə yanaşı Gürcüstanda, Orta Asiya respublikalarında, xüsusən Türkmənistan və Özbəkistanda becərilərək yüksək nəticələr verən “Qaraqılçıq-2”, “Mirbəşir-50”, “Vüqar”, “Şiraslan- 23”, “Tərtər”, “Bərəkətli-95“, “Əlincə-84”, “Ruzi-84” və başqa bu kimi bərk buğda sortları ilə böyük alim öz adını ölkəmizin əkinçilik tarixinə qızıl hərflərlə yazmışdır.

Xüsusi buraxılışda akademik Asəf Nadirovun “Elmin inkişafına sərf olunan həyat”, Azərbaycan Ağsaqqallar Şurasını sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun “Alim elminin müdriklik zirvəsi”, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin “Mənalı ömrün şöhrəti”, akademik Teymur Bünyadovun “Əzizim, dost mehribanım...”, rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun “Akademik Cəlal Əliyevin elmi irsi bu gün daha çox aktualdır”, akademik Ağamusa Axundovun “Böyük insan, vətənpərvər alim və ictimai xadim” sərlövhəli yazılarında və digər görkəmli ictimai elm, ədəbiyyat və mədəniyyət xadimlərinin ürək sözlərində böyük alim Cəlal Əliyevin həyat və yaradıcılığı tam dolğunluğu ilə əks olunur.

Yubiley nömrəsində, həmçinin vaxtilə dünya şöhrətli alimin tələbələri olmuş və bu gün ABŞ-ın və digər ölkələrin elmi müəssisələrində uğurla fəaliyyət göstərən adlı-sanlı alimlərin öz sevimli müəllimlərinə ünvanladıqları yubiley teleqramları, eyni zamanda, görkəmli şəxsiyyətin mənalı həyatının böyük bir hissəsinin qırılmaz tellərlə bağlı olduğu Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun kollektivinin yubilyara təbrikləri al-əlvan fotoşəkillərin müşayiəti ilə verilmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında