Azərbaycan dilində nitqin mətn şəklinə çevrilməsi sistemi yaradılmışdır

 

“Dilmanc” proqram təminatçısı Azərbaycan dilində danışıq nitqinin mətn şəklinə çevrilməsi sistemini təqdim etmişdir. Bu barədə cümə günü “Trend”ə “Dilmanc” layihəsinin rəhbəri Əbülfət Fətullayev açıqlama vermişdir.

Onun sözlərinə görə, “Dilmanc imla”nın ilk versiyası 2013-cü ilin may ayının 31-də online rejimdə “Dilmanc”ın saytında ümumi istifadəyə verilmişdir.

Sistemin dil filtri tələffüzün özəlliyinə köklənir ki, bu da danışıq nitqini “Windows” mühitində istənilən redaktədə mətn şəklinə çevirməyə imkan verir.

Sistem mətni mikrofon vasitəsilə daxil etmək üçün rahatdır, elektron formada iri cümlələrin köçürülmə sürəti isə bir neçə saniyə təşkil edir.

Ə.Fətullayev qeyd edib ki, “Dilmanc imla” sisteminin funksiyası Azərbaycan dilində söz və söz birləşmələrini 100 faiz dəqiqliklə müəyyən etməyə imkan verir: “Keyfiyyətli aparatdan (mikrafondan) istifadə və otaqda səs maneələrinin olmaması vacib məqamlardandır”.

“Dilmanc imla” sistemi Azərbaycanın “Neyrotex” İT şirkəti ilə birgə hazırlanıb və kommersiya xarakteri daşıyır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında