“Mədəniyyətlərarası dialoq: etiqad və elm”

 

Mayın 31-də Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq: etiqad və elm” mövzusunda plenar sessiya keçirilmişdir.

AzərTAc xəbər verir ki, sessiya Fransanın Lion Universitetinin əməkdaşı, astrofizik Bruno Abd-al-Haqq GUİDERDONİNİN moderatorluğu ilə keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan fransalı alim etiqad və elm arasındakı dialoqun əhəmiyyətindən danışmışdır. O, “İslamın qızıl əsri” adlanan XXI əsrdə bəşəriyyətin vacib problemlərindən biri olan etiqad və elmin bir-birinə inteqrasiyası kimi mühüm məsələnin gündəmə gətirilməsini təqdirəlayiq hal kimi qiymətləndirmişdir.

Sessiyada çıxış edən İSESCO-nun baş katibi Əbdüləziz bin OSMAN ƏL-TÜVEYCRİ etiqad və elm arasında bütün dövrlərdə uyğunluğun mövcud olduğunu demişdir.

İSESCO-nun baş katibi bildirmişdir ki, İslam dinində etiqad və elm ayrılmazdır.

İslam dinində göstərilən faktların bir çoxunun elm tərəfindən artıq sübuta yetirildiyini qeyd edən Osman əl-Tüveycri bu iki anlayışdan birinə üstünlük verərək digərinə qarşı haqsızlığın yolverilməzliyini vurğulamışdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İSKƏNDƏROV etiqad və elmin bütünlüyündən danışmışdır. DQİDK sədri  bildirmişdir ki, bəzi alimlər onların tamamilə fərqli anlayış olduğunu iddia etsələr də, aparılan araşdırmalar etiqad və elmin bir çox sahələrdə üst-üstə düşdüyünü göstərir. Müasir dövrdə Qərb alimlərinin əldə etdikləri elmi biliklərin əsası hələ uzun əsrlər bundan əvvəl Bağdad, Qahirə və Dəməşq kimi müsəlman şəhərlərində qoyulmuşdur.

İtaliyanın Şərqşünaslıq İnstitutunun prezidenti Klaudio La JACONO, Fransanın Paris Universitetinin əməkdaşları İnes SAFİ və Nabila AGHANİM, Şarja Amerika Universitetinin astrofiziki Nidhal GUESSOUM sessiyadakı çıxışlarında elm və etiqad arasındakı əlaqəyə fizika, astronomiya və biologiya aspektlərindən yanaşmışlar. Onlar ölkəmizə səfərlərindən məmnunluqlarını dilə gətirmiş və belə bir əhəmiyyətli tədbirin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonda iştirakçıların sualları cavablandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında