Azərbaycan Turizm İnstitutunda müxtəlif görüşlər, hesabat-təqdimatlar keçirilmişdir

 

Azərbaycan Turizm İnstitutununda rəhbərlik səviyyəsində struktur rəhbərləri və əməkdaşlarla vaxtaşırı hesabat xarakterli görüşlərin keçirilməsi bir ənənəyə çevrilmişdir. Bu günlərdə ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov institutun tədqiqat və inkişaf şöbəsinin əməkdaşları ilə görüşmüşdür.

Növbəti dəyirmi masa söhbətində əsas məqsəd bu şöbə tərəfindən 2012-2013-cü tədris ili ərzində yerinə yetirilən, eləcə də yekunlaşma mərhələsindəki işləri keyfiyyət prizmasından qiymətləndirmək və perspektiv planları analiz etmək olmuşdur. Bu barədə institutun mətbuat xidməti məlumat vermişdir. Məlumatda bildirilir ki, tədqiqat və inkişaf şöbəsinin əməkdaşları tədris ili ərzində TEMPUS layihəsi çərçivəsində “Davamlı turizmin inkişafı üçün yeni modulların hazırlanması” üzrə  təşkilati işlər aparmaqla bərabər, tələbə uyğun olaraq layihəyə yeni iştirakçılar cəlb etmişlər. ATİ-nin fəaliyyəti ilə bağlı bir sıra sənədlər–“2015-ci ilə qədər ATİ-nin Strateji inkişaf planı”, “Kataloq” və “Tələbələr üçün yaddaş”  kitabçası kollektiv müzakirəyə təqdim olunmuşdur. “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının 2-ci sayı çapa hazırlanmış və həmin vəsaitin   ümumi inkişaf istiqamətlərinə dair təkliflər ATİ-nin bütün   strukturlarına göndərilmişdir.

Məlumatda həmçinin bildirilir ki, müvafiq şöbənin müdiri, tarix elmləri doktoru, professor Xaləddin İbrahimli Moldova Dövlət Universitetində keçirilmiş “Şərqi Avropanın ali məktəblərində insan resurslarının menecmenti” adlı regional tədbirdə  iştirak etmişdir. O, tədbirə dəvət edilmiş universitet nümayəndələri ilə əməkdaşlıq perspektivlərinin müzakirəsində xüsusi fəallıq göstərmişdir.

 Tədqiqat və inkişaf şöbəsinin inkişaf üzrə bölmə rəhbəri və Tempus layihəsinin ATİ üzrə koordinatoru Kazım Quliyev Almaninyanın Jade Tətbiqi Elmlər Universitetinə məqsədli  səfəri zamanı Azərbaycan qrupunun səmərəli  fəaliyyətindən danışmış, ATİ-nun 6-cı çağırış çərçivəsində TEMPUS layihələrinə müraciətinin Avropa Komissiyası tərəfindən qiymətləndirmə mərhələsində olduğunu diqqətə çatdırmışdır.

ATİ-dən verilən xəbərdə, həmçinin bildirilir ki, şöbənin daha bir əməkdaşı – Julius Arnegger Vyana Universitetinin professoru Marc Herzlə birlikdə “Avropa urban və regional elmlər” jurnalına “İnkişaf etməkdə olan turizm destinasiyalarında meqa tədbirlərin iqtisadi təsiri və imic effektləri: Avroviziya-2012 mahnı müsabiqəsi Bakı, Azərbaycan” adlı elmi araşdırma təqdim etmişlər.

Müzakirələr zamanı tədqiqat və inkişaf şöbəsinin əməkdaşları fəaliyyət strategiyalarında yer alan daha bir istiqamətə münasibət sərgilələmişlər. Belə ki, növbəti tədris ilində Ali Təhsil Müəssisələrinin beynəlxalq reytinq cədvəllərində institutun layiqli  yer tutması üçün şərt bilinən  göstəricilərə nail olmanı,  Türkiyə Cümhuriyyətinin Yüksək Öyrətim Kurulu tərəfindən maliyyələşən  “Mövlana Mübadilə Proqramı”na qoşulmaq üçün əməkdaşlıq protokollarının hazırlandığını və Avropa Komissiyası tərəfindən maliyyələşən bəzi layihələrin institut üçün prioritet olan çağırışlarına qoşulma məqsədinin planlaşdırıldığını  diqqətə çatdırmışlar. Hesabat xarakterli müzakirənin sonunda rektor Cəfər Cəfərov və institutun tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov şöbə əməkdaşlarına müvafiq tapşırıq və tövsiyələr vermişlər.

İnstitutdan aldığımız ikinci xəbərdə bildirilir ki, Povoljiye Dövlət Texnoloji Universitetinin sosial texnologiyalar fakültəsinin dekanı V. P. Şalayev Azərbaycan Turizm İnstitutunun qonağı olmuşdur. Görüşdə institutun rektoru, professor Cəfər Cəfərov Azərbaycan Turizm İnstitutunun fəaliyyəti haqqında qonağa ətraflı məlumat vermişdir. Qarşılıqlı fikir mübadiləsi aparan tərəflər gələcəkdə tələbə-professor, müəllim heyətinin mübadiləsi, birgə elmi konfransların təşkili, elmi-tədqiqat işlərinin aparılması, təcrübə imkanlarının müəyyənləşdirilməsi kimi istiqamətlərdə ikitərəfli əməkdaşlıq barədə razılığa gəlmişlər.

Daha sonra qonaq turizm və otelçilik, sosial iş ixtisasları üzrə kadr hazırlığı ilə tanış olmaq məqsədilə müvafiq kafedralarda professor-müəllim heyəti ilə yaxından tanış olmuşdur. 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında