Təhsil naziri: Azərbaycanda müəllimlərin bilik səviyyəsinin təkmilləşdirilməsinə ehtiyac var

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkədə fəaliyyət göstərən müəllimlərin peşə hazırlığının daim yüksəldilməsinin vacibliyini vurğulamışdır.

APA-nın xəbərinə görə, Şirvanda jurnalistlərin suallarını cavablandıran təhsil naziri Mikayıl Cabbarov demişdir ki, hər bir dövlətdə olduğu kimi, Azərbaycanda da müəllimlərin bilik səviyyəsinin təkmilləşdirilməsinə ehtiyac var: “Amma bu yanlışlıq olar ki, biz bu gün belə yanaşaq ki, müəllimlər ordusunun savadı aşağıdır. Yəni, mən bu yanaşmanın ən azı tərəfdarı deyiləm. Sual oluna bilər ki, hansı addımları atmalıyıq ki, tədris səviyyəsi, o cümlədən müəllimlərin bilik səviyyəsi daimi olaraq artsın, bu da öz növbəsində bizim təhsilimizin keyfiyyətinə müsbət təsir göstərsin. Bunun yolları müxtəlifdir və hər hansı bir tələsik addımla yanlışlığa yol verməmək üçün biz bu məsələni çox dərindən araşdırırıq. Düşünürəm ki, müəyyən bir müddət də araşdıracağıq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında