Azərbaycan Diplomatik Akademiyasında Respublika Günü münasibətilə xeyriyyə-şənlik yarmarkası təşkil edilmişdir

Mayın 27-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) xeyriyyə məqsədi ilə şənlik-yarmarka təşkil edilmişdir.

28 may - Respublika Günü münasibətilə təşkil edilmiş tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin yaradıcı şagirdlərinin əl işlərinin sərgisi ilə yanaşı, akademiyanın bir sıra tərəfdaş təşkilatlarının da məhsullarının satışı həyata keçirilmişdir.

Mərasimdə ADA-nın Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Şəfəq Mehrəliyeva çıxış edərək bildirmişdir ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 95 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşu olan AXC xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Vurğulanmışdır ki, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Diqqətə çatdırılmışdır ki, xalqımızın tarixində mühüm yer tutan AXC-nin yaranma tarixini ADA özünəməxsus formada qeyd etməyi qərarlaşdırmışdır. Gün ərzində burada təşkil edilmiş şənlik- yarmarkadan əldə edilən bütün gəlir əlil vətəndaşların dəstəklənməsinə sərf olunacaqdır.

Tədbirdə 3 nömrəli respublika xüsusi internat məktəbinin direktoru Bahar Kərimova bildirmişdir ki, ADA yarandığı gündən daim sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı istiqamətində mühüm işlər görməkdədir. Bu gün ADA-da 15  şagirdimizin 50-dən çox əl işinin satış-sərgisi təşkil edilmişdir. Sərgidən əldə olunacaq gəlir həmin uşaqlara veriləcəkdir. Eyni zamanda, bu uşaqlar hazırda ADA-nın nəzdində fəaliyyət göstərən tibb məntəqəsində pulsuz stomatoloji və terapevt müayinəsindən keçirlər. Dövlət Sərhəd Xidməti hərbi hospitalının həkimlərinin çalışdıqları bu tibb məntəqəsinin qapıları həmişə bizim uşaqların üzünə açıqdır.

Məktəbin direktoru göstərilən diqqətə və qayğıya görə ADA-nın rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Sonra ADA-nın rektoru, professor Hafiz Paşayev və digər iştirakçılar yarmarka və əl işlərindən ibarət sərgi ilə yaxından tanış olmuşlar.

Azərbaycan Diplomatik Akademiyasının rektoru 3 nömrəli respublika xüsusi internat məktəbinin şagirdləri ilə də görüşmüşdür.

Günün ikinci yarısında isə akademiyada uşaqlar üçün əyləncə proqramı təşkil edilmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında