Azərbaycan Müəllimlər İnstitutu tələbə elmi cəmiyyətinin konfransı keçirilmişdir

Mayın 25-də Azərbaycan Müəllimlər İnstitutu (AMİ) tələbə elmi cəmiyyətinin 28 May – Respublika Gününə həsr olunmuş yeddinci elmi konfransı keçirilmişdir.

Əvvəlcə iştirakçılar institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət etmiş, ulu öndərin büstü önünə əklil qoymuşlar.

Konfransın plenar iclasında AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsini Prezident İlham Əliyevin İKT sektorunun inkişafına göstərdiyi xüsusi qayğının bariz nümunəsi kimi qiymətləndirmişdir. Bildirmişdir ki, bununla əlaqədar olaraq AMİ-nin tələbə elmi cəmiyyəti tələbə gənclərin İKT-dən istifadə etmək bacarıq və vərdişlərinin yaradılması, innovativliyə təkan verilməsi baxımından konfransı poster formatında keçirməyi nəzərdə tutmuşdur.

Rektor Azərbaycan Demokratik Respublikasının yaranmasının 95 illiyi  münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Azərbaycanın keçdiyi tarixi yolun ölkəmizin bugünkü müstəqilliyinin əsasını təşkil etdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, tarixin ağır sınaqlarından çıxmış respublikamız bu gün təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sürətli inkişaf yolu ilə əzmlə, dönmədən irəliləyir.  

İnstitutda artıq ənənə halını almış konfransın əhəmiyyətindən danışan rektor qeyd etmişdir ki,  Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filialında tələbə elmi cəmiyyətlərinin konfransları keçirilmiş, qaliblərin posterləri yeddinci konfransa təqdim olunmuşdur. Bildirilmişdir ki, konfransın humanitar, sosial, təbiət, ictimai və dəqiq elmlər üzrə bölmələrinə, ümumilikdə, 125 poster təqdim olunmuş, onlardan 71-i  konfransın proqramına daxil edilmişdir.

Tədbirdə “Ölkəmizdə dövlət quruculuğu ənənələrinin inkişafının yeni mərhələsi”, “Elmi-tədqiqat işlərinin aparılmasında innovativlik”,  “Təhsil millətin gələcəyidir” mövzularında məruzələr dinlənilmişdir.

Sonra gələcəyin müəllimlərinin  müxtəlif elmi istiqamətlər üzrə hazırladıqları posterlərin təqdimatı olmuşdur.

Çıxış edənlər gənclərin  əməyini yüksək qiymətləndirmiş, onlara tövsiyələrini vermiş, uğurlar arzulamışlar. Tələbələrin konfransın təşkilində fəal iştirakları, posterlərin hazırlanmasında yaradıcılıq potensiallarından geniş istifadə etdikləri  vurğulanmışdır.

Mükafata layiq yer tutmuş posterlərin müəlliflərinə diplom  və hədiyyələr, bütün iştirakçılara isə sertifikatlar təqdim olunmuşdur.   

Eyni zamanda, konfransda Respublika Günü münasibətilə  AMİ-də qızlar və oğlanlar arasında keçirilmiş voleybol yarışının qaliblərinə kuboklar təqdim edilmişdir.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında