Bakı Ali Neft Məktəbinin nümayəndə heyətinin Norveçə səfəri uğurlu olmuşdur

 

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov Norveçin Stavanger və Trondheym şəhərlərində ezamiyyətdə olmuşlar.

Səfər “Statoyl Azərbaycan” şirkəti tərəfindən Bakı Ali Neft Məktəbi ilə Stavanger Universiteti və Trondheymdə fəaliyyət göstərən Norveç  Elm və Texnologiya Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə təşkil olunmuşdur.

Stavanger şəhərində nümayəndə heyəti “Statoyl” şirkətinin ofisində hasilata nəzarət mərkəzinin işi ilə tanış olmuş, şirkətin universitetlərlə əlaqələri haqqında məlumat əldə etmişdir. Nümayəndə heyəti StavangerUniversitetinin Neft Texnologiyası Tədqiqat Mərkəzinə getmiş, burada  sementləmə, neft hasilatının artırılması, neftin və qazın hasilatı, qazıma, yataq texnologiyası laboratoriyalarının işi ilə maraqlanmışdır. Sonra universitetin beynəlxalq əlaqələr üzrə meneceri Terye Frolland ilə danışıqlar aparılmış və elm və texnologiya fakültəsinin dekanı doktor Ole Rinqdal ilə əməkdaşlıq memorandumu imzalanmışdır.

Memorandumda Bakı Ali Neft Məktəbinin müəllimlərinin Stavanger Universitetinə kurslara göndərilməsi, birgə magistr hazırlığı, professorların BANM-də mühazirələr oxuması, bakalavriat hazırlığında iştirak, birgə seminarların və konfransların təşkili sahəsində əməkdaşlıq nəzərdə tutulmuşdur.

Stavanger şəhərindəki bütün tədbirlərdə nümayəndə heyətini “Statoyl-Azərbaycan” şirkətinin prezidenti cənab Lars Sorensen müşayiət etmişdir.

Trondheym şəhərində nümayəndə heyəti Norveç  Elm və Texnologiya Universitetinin “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin idarə edilməsi” ixtisasları üzrə mütəxəssis hazırlığını həyata keçirən kafedralarında tədrisin təşkili, elmi-tədqiqat işləri, tədris və elmi laboratoriyaların fəaliyyəti ilə tanış olmuşdur. Sonda universitetin rektoru Torbyorn Digerneslə əməkdaşlıq memorandumu imzalanmışdır.

Ezamiyyət zamanı Norveç  Elm və Texnologiya Universitetində magistraturada təhsil alan azərbaycanlı tələbələrlə də görüş keçirilmiş, onlara ARDNŞ-in inkişaf strategiyası və mütəxəssis hazırlığı perspektivləri haqqında ətraflı məlumat verilmişdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında